Yuxarı

AZAL IATA-nın “CO2 Connect” proqramına qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında “CO2 Connect” proqramına dair müqavilə imzalanıb.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sənəd AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalanıb.

“IATA ilə “CO2 Connect” müqaviləsini imzalamaqla AZAL iqlim dəyişikliklərinə qarşı şəffaf və dəqiq məlumatlara əsaslanan öhdəliklərə sadiqliyini daha da gücləndirir. Bu əməkdaşlıq bizə dəqiq CO2 emissiyaları məlumatlarını paylaşmağa və dekarbonizasiya hədəflərimizə uyğun olaraq daha məlumatlı, dayanıqlı səyahət seçimlərini dəstəkləməyə imkan verir,” – deyə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

IATA-nın “CO2 Connect” kalkulyatoru emissiyaların ölçülməsindəki uyğunsuzluqları aradan qaldıraraq sərnişin başına dəqiq CO2 məlumatlarını təqdim edir. Bu məlumatlar təyyarə növünə xas yanacaq sərfiyyatı kimi real əməliyyat məlumatlarına əsaslanır və birbaşa iştirakçı aviaşirkətlər tərəfindən təqdim olunur, sənayedə razılaşdırılmış metodologiyaya uyğun hesablanır. Platforma daha yüksək məlumat dəqiqliyinə nail olaraq sektorda hesabatlılığı gücləndirir. AZAL hazırda “CO2 Connect”ə məlumat təqdim edən 60-dan çox aviaşirkətə qoşulub.

“CO2 Connect” qlobal standart metodologiyalar və yüksək keyfiyyətli məlumatlara əsaslanan, aviasiyanın dekarbonizasiyasına töhfə verən güclü bir vasitədir. O, həmçinin uçuşlarının nə dərəcədə dayanıqlı olduğunu aydın şəkildə anlamaq istəyən korporasiyalar və fərdi səyahətçilərin tələbatını da ödəyir. AZAL kimi aviaşirkətlərin töhfəsi ilə bu platforma qlobal miqyasda aviasiya emissiyalarının ölçülməsi üçün etalon kimi qəbul edilib,” – deyə IATA-nın Avropa üzrə Regional vitse-prezidenti Rafael Şvartsman bildirib.

Tarix
2025.05.13 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

İslam ölkələri İsrail-İran münaqişəsi haqda bəyanat yaydı

Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi - Foto

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Bu da əlamətləri: 1-2 günə İran İsraillə anlaşacaq!

İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla