Yuxarı

2300-dən çox müəllim işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3 338 müəllim iştirak edib.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb, 2 006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.

Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.

Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Tarix
2025.07.01 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Tramp Putinlə görüşdən sonra bunu elan etdi - Foto

Tramp və Putin razılaşdı: Zelenski qəbul edəcək?

Putin Alyaskada onların məzarını ziyarət etdi - Foto

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Alyaskadan Bakıya müsbət mesaj: Kreml cəsarət etməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla