Yuxarı

Turizm şirkətinin qadın rəhbəri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov məlumat yayıb.

O bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir:

"Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Leyla Rahib qızı İbrahimova özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib, 51 zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək, 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir".

Tarix
2025.05.13 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla