Yuxarı

İş adamı Gömrük Komitəsinə cavab verdi: Yalandır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lion Centre MMC-nin rəhbəri Ramil Aslanov gömrükdə qarşılaşdığı problemlərlə bağlı mətbuata müraciət edib və mayın 8-də Gömrük Komitəsi rəsmi səhifəsi vasitəsilə iş adamının iddialarına rəsmi cavab verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, R.Aslanov yenidən açıqlama verərək Komitənin onun barəsində gömrük bəyannaməsi üzrə çoxsaylı uyğunsuzluqlara yol verməsi və düzgün bəyan etməmə faktlarının mütəmadi hal almasına dair yaydığı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

O əlavə edib ki, Lion Centre MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 482.2 maddəsi ilə (düzgün bəyan etməmə) ilə əlaqədar hər hansı bir inzibati qərar, qanun pozuntusu, protokol və ya hansısa bir akt bugünə kimi olmayıb:

“2024-cü və 2025-ci ilin ilk 4 ayınadək elə bir fakt yoxdur. Komitədən xahiş edirəm ki, mənə İnzibati Xətalar Məcəlləsinin 482.2 maddəsi ilə tərtib edilmiş hər hansı akt və ya məhkəmə qərarı varsa göstərsinlər. Bu göstərilmədiyi halda bir daha rəsmi məlumatlarda deyilənlərin yalan, şər-böhtan olduğu sübuta yetəcək. Eyni zamanda DGK-dən 07.05.2025-ci il tarixli 3-33/2-007283/2025 aylı məktubundan aydın görsənir ki, komitəsinin içində bir iş üzrə 2 ayrı-ayrı əməkdaş bir-birindən xəbərsizdir. Komitənin mənə ünvanladığı məktubunda Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə başlanmış cinayət işinin davam etdiyi və araşdırılma zamanı mənə Məcəllənin hər hansı maddəsi ilə ittiham elan edilmədiyi, hüquqlarımın və fəaliyyətimin məhdudlaşdırılması barədə qərar qəbul edilmədiyi bildirilib. Lakin mayın 8-də yayılmış açıqlamada az qala məni qatı cinayətkar kimi göstərirlər. Həmin məlumatda dəfələrlə invoysun azaldılması 98191.86 AZN gömrük məbləğinin ödənilməsindən qəsdən yayınma və bununla əlaqədar 17.03.2025-ci il tarixində cinayət işinin başlanılması, həmçinin mənə dəfələrlə Əməliyyat İstintaq İdarəsində hansısa hüquq və vəzifələrin izah olunması, mənim yanlış məlumatlar yayınlamaqla mediada İstintaq orqanına təzyiq vasitəsi kimi istifadə etdiyim göstərilib”.

İş adamı əlavə edib ki, Dövlət rəhbəri mərkəzi icra strukturlarında yaradılan problemlərlə bağlı daim məlumatların verilməsini istəyir vəbuna görə də qarşılaşdığı məsələni ictimailəşdirmək qərarına gəlib:

“Lakin nədənsə Gömrük komitəsi şikayətimi ictimailəşdirməyi onlara qarşı təzyiq kimi təqdim edir. Xüsusi qeyd etmək istəyirəm ki, Komitə 2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində 100 ədəd gömrük bəyannaməsi təqdim etməyimi açıqlayıb. Qeyd edilib ki, təmsil etdiyim şirkətin 1 532 398 manat dəyərində dürüstləşdirmə fərqi olub. Bu məbləğdə guya yayınmaqla dürüstləşdirmə aparma mövcudluğu göstərilib ki, burada sahibkar tərəfindən könüllü sürətdə reallaşdırılan fərq 87% təşkil edir. Əslində isə bu dəyər deyil, bu statistik dəyərlərin qaldırılması nəticəsində sahibkarın belini qıraraq, məcburi halda real dəyər arasındakı fərqin məbləğidir. Belə ki, onların etiraf etdiyi kimi 1 532 398 manatın 87% -ni ödəmişəm qalıb 13%-i. Həmin 1 532 398 manatın 13%-i =199 211 manat, 199 211 manatın 36%-i gömrük rüsumu 71 716 manat edir. Nəticə etibarı ilə 26 475 manat ortada səhf və ya qəsdən şişirdilmə göstərilir. İndi anlaşılmır ki, mən uydurma 71 716 manat məbləği ödəməliyəm yoxsa uydurma 98 152 manat ödəməliyəm? Buradan belə görünür ki, hər dəfə fərqli rəqəmlər ortaya çıxarırlar”.

R.Aslanov bildirib ki, məsələ ilə bağlı hüquqi müstəvidə fəaliyyətini davam etdirəcək və aidiyyəti qurumlara müraciətlər ünvanlayacaq: “Komitənin yadığı məlumatda biznes konfidensiallığına əməl edilməyib və mənə qarşı böhtan xarakterli fikirlər səsləndirilib. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun əməllərinə haqq qazandırılıb. Lakin mən DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin dərc etdiyi məlumatlara abzas-abzas cavab verirəm, konkret faktlarla və rəqəmlərlə danışıram. Bununla əlaqdədar gələcəkdə məhkəməyə müraciət edəcəyimi bildirirəm”.

Tarix
2025.05.13 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla