Yuxarı

Lamiyə işi parlamentdə: Zahid Orucdan şok – Tələb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyə işi parlamentdə: Zahid Orucdan şok – Tələb

Məhkum Lamiyə Quliyevanın həbsdə ana olması məsələsi Milli Məclisdə qaldırılıb.

Axar.az xəbər verir ki, üç həftəyə yaxındır ölkə mediası tərəfindən müzakirə edilən məsələ artıq parlament səviyyəsinə qalxıb.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib ki, qanunvericiliyə görə, Lamiyənin nikahdan kənar heç kimlə görüşmək imkanı yoxdur. Millət vəkili həbsdə olan qadının uşağının necə olduğunu anlamaqda çətinlik çəkdiyini söyləyib.

ANS-in xəbərinə görə isə millət vəkili Zahid Oruc bildirib ki, Lamiyə Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar məsələyə hüquqi qərar verilməli və günahkarlar cəzalandırılmalıdır:

"Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir".

Xatırladaq ki, Lamiyə Quliyeva Şəmkirin sabiq icra başçısı, keçmiş kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun oğlunu öldürüb.

Tarix
2015.02.02 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla