Ana səhifə Hadisə |
"Bizim Sevgililər Günü ilə bağlı təklifimizə müraciətlər həddindən artıq çoxdur. Konkret adlar çəkə bilmərəm. Çünki belə bir səlahiyyətim yoxdur. Ancaq həm ölkə daxilindən, həm xaricdən çoxsaylı zənglər var, maraqlanırlar".
Bu sözlər Axar.az-a "Four Seasons Hotel Baku"dan bildirilib.
Otelin əməkdaşı deyib ki, 14 fevral Sevgililər Günü ilə bağlı 100
min manatlıq istirahət paketi hazırlanıb. Onun sözlərinə görə,
otelə çoxlu müraciətlər olsa da, rezerv edən hələ ki, yoxdur.
Paytaxtın Neftçilər prospektində yerləşən "Four Seasons Hotel Baku"
14 fevral Sevgililər Günü münasibəti ilə cütlüklərə ağlasığmaz
istirahət paketi hazırlayıb. Bu təklifi hansı milyarderin qəbul
edəcəyi isə maraq doğurur.
Otelin təklifləri sırasında sevgililəri "Limuzin" markalı maşınla
yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq,
ardınca qalanın zirvəsində şampan, kürü ziyafəti vermək
daxildir.
Təkliflər paketi bununla yekunlaşmır. Valentin gecəsinə "Four
Seasons Hotel Baku"nun "Kaspian" restoranında əsrarəngiz şam yeməyi
də daxildir.
Otel 24 karatlı qızıl və süd vannasında masaj da təklif edir.
Gecənin sonunda isə otelin ən lüks otaqlarından biri sevgiliniz
üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir. Xəbərdə o
da qeyd edilir ki, təqribən 100 min manata başa gələn Sevgililər
Günü əcnəbilərə də şamildir.
Tarix
2015.02.02 / 22:54
|
Müəllif
Nigar İxtiyarqızı
|