Yuxarı

Türkiyədə “Bakur” film skandalı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə “Bakur” film skandalı

Çayan Dəmirəl və Ərtoğruk Mavioğlunun çəkdiyi "Bakur" sənədli filminin Türkiyə Mədəniyyət Nazirliyinin təzyiqi ilə 34-cü İstanbul Film Festivalından nümayişinin ləğv edilməsi bəzi sənətçiləri hiddətləndirib.

Axar.az xəbər verir ki, sinemaçılar ortaq bildiriş yayımlayaraq 23 filmin festivaldan geri çəkildiyini bildiriblər. Belə olan halda festivalın beynəlxalq müsabiqə və sənədli film müsabiqəsi bölməsinin ləğv ediləcəyi gözlənilir.

Sənətçilərin imzası ilə yayımlanan bildirişdə belə yazılıb: "34-cü İstanbul Film Festivalı çərçivəsində "Bakur" (şimal) adlı sənədli filmin nümayişi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyat sənədləri olmayan yerli filmlərin festivalda göstərilməyəcəyini bildirməsindən sonra festival rəhbərliyi tərəfindən ləğv edilib. Biz, aşağıda adı olan sənətçilər qeydiyyat, sənət məsələlərinin senzura kimi tətbiq edilib filmlərin nümayişlərinə maneə törətməsinə qarşı çıxırıq. Festivallarda göstəriləcək xarici filmlərdən istənilməyən bu sənədlərin yeri istehsallar üçün məcburi olmasını qəbul etmirik. Bunu təzyiq, senzura olaraq qiymətləndiririk.

Ayrıca həftələr əvvəl festivalın proqramı açıqlanmış, hətta sənədləri düzgün olmayan bəzi yerli filmlər problemsiz göstərilmişdi. Bu senzuranın təkcə "Bakur" filminin nümayişi vaxtı yada düşməsi, bu senzuranın arxasında siyasi qərar olduğunu göstərir".

Qeyd edək ki, bu bildirişi imzalayanlar arasında Nuri Bilgə Ceylan, Ali Atay, Mustafa Ünlü kimi məşhurlar da var.

Tarix
2015.04.13 / 16:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

Vuçiç və İlham Əliyev arasında təkbətək görüş keçirilir

İlham Əliyev Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi

Serbiya prezidenti İlham Əliyevi qarşıladı

İlham Əliyev Serbiyaya getdi

Əliyevlə Zelenski Münhendə bunları müzakirə edib - Us

Prezidentin Almaniya səfərindən görüntülər - Video

İlham Əliyev Vuçiçi təbrik etdi

Prezident Münhendə onlarla görüşdü - Siyahı

Əliyevə ünvanlanan suallar: İrəvan nəyə nail olmaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla