Yuxarı

Səlimovu gördüm…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazar Hüseynbala Səlimovu gördüm, necə də yaşlanıb… Yazdığı sətirlərin qırışları vardı alnında... Nə deyəsən, azdırlar, azalırlar Hüseynbala kimi ustalar...

Onlardan fərqli olaraq, bizim nəslin mətbuata gəlişi söz müharibəsinin axırına təsadüf elədi. Çoxumuz elə bilirdik ki, dava indi başlayıb, demə, sonuna çatıbmışıq.

Kimisi böyük bir şövqlə, kimisi inqilabi romantizmlə, kimisi də fanat kimi qoşulmuşdu bu cərgəyə.

İmza yerində adımızı görəndə, ilk qonorarı alanda, qəzet səhifələrindən şəklimiz boylananda çöhrəmizdə uşaq təbəssümü yaranardı. Ancaq bizim sıralarımızda Hüseynala Səlimov, Məmməd Nazimoğlu kimiləri yetişmədi. Yetişə bilərdi.

Uşaqlarda yazmaq eşqi, yanğısı olmayanda bu peşəyə gündəlik iş kimi baxmağa başladılar; söz çeynənməyə, fikirlər bozlaşmağa, ideyalar öləziməyə doğru inkişaf elədi.

Açığı, mühit də, stimul də əvvəlki qədər olmadı. Tələbəliyimizi nəşriyyatın liftində keçirərdik. O redaksiyanın qapısından girib, bu redaksiyadan çıxardıq.

Sonralar incələyib, eşib-qurdalayıb həmin nəşrlərin kimə, hara, hansı səviyyədə aid olduğunu öyrənmək təcrübəsi topladıq; tükü-tükdən seçməyə başladıq, hansı müəllifin hansı yuvanın quşu olduğunu, hansı yazarın isə insani keyfiyyətlərinin, nəcibliyinin yazılarında olduğu kimi gördük.

Və heç zaman şəxsi təmasım olmayan rəhmətlik Məmməd Nazimoğlu, hələ də lazımı diqqəti görməyən Hüseynbala Səlimov kimi yazarlar qiyabi müəllimlik etdilər bizə. Onlar mətbuatın Cəbiş müəllimləridir.

Kamyu yazırdı ki, sabah bundan da pis olacaq. Necə də bədbin idi?! Yox-yox, bu pessimizmin içində ölümünə barışmazlıq, dönməzlik vardı. "Taun"dakı bədbin "şəhər üsyançıları"nın mübarizliyi qədər...

Və bu pis sabahlar neçə-neçə qərinələr, dövranlar, zəmanələr, nəsilləri geridə qoyub... Ki, hər yeni gələn gün böhran dalğası vəziyyəti ağırlaşdırsın, dərinləşdirsin, vitrində bərq vuran saxta mallar keyfiyyət etalonu kimi satılmağa, ağzına gələni yazmaq söz azadlığı adı ilə soxuşdurulmağa yön alsın, belədə isə cırlaşma kütləviləşsin.

Azalmaqda olan Cəbiş müəllimlərin boşluğunu indi sırtıqlar, dişlərini ağardan zəvzəklər, "eynəkli intellektuallar", kompleksdən əziyyət çəkən didaktiklər, hikkədən boğulan girəvəçilər doldurmağa can atır.

Bax belə. Yazar Hüseynbala Səlimovu gördüm, necə də yaşlanıb… Yazdığı sətirlərin qırışları vardı alnında... Nə deyəsən, azdırlar, azalırlar Hüseynbala kimi ustalar...

Tarix
2015.10.09 / 08:45
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla