Yuxarı

Şadlıq evləri aşağı səsli musiqiyə üsyan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şadlıq evləri aşağı səsli musiqiyə üsyan etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu tələbləri qoya bilər. Amma unutmaq olmaz ki, toyun yaxşı keçməsi üçün üç əsas şərt var: yaxşı qulluq, yaxşı yemək və yaxşı musiqi.

Bu sözləri Axar.az-a "Xan bağı" şadlıq sarayının administratoru Namiq Fərzəliyev deyib.

Onun sözlərinə görə, toyda musiqinin aşağı səslə olması arzuolunan bir tələb deyil. N.Fərzəliyev qeyd edib ki, musiqinin hansı səviyyədə səsləndirilməsi haqda toy sahibi seçim edir: "Musiqinin səs yüksəkliyi toy sahibinin zövqünə uyğun seçilir.

Təbii ki, toy yüksək səslə olmalıdır. Unutmaq lazım deyil ki, bu, gənclərin, cavanların toyudur. Gənclər isə yüksək səsli musiqi arzusunda olur.

Buna görə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qonaqların istəyinə hədd qoya bilməz".

"Viktoriya" şadlıq sarayının baş meneceri Sahib Əsgərov da qərarın mümkün iş olmadığı fikrindədir: "Hətta 5 belə qərar olsun, yenə şadlıq evlərində musiqinin səsi yüksək olacaq. Çünki bu, birbaşa toy sahibinin qərarıdır".

"Monte Kristo" şadlıq sarayının rəhbərliyi də sözügedən tələbin toy sahibinin etirazına səbəb olacağını hesab edir:

"Bütün toy sahibləri musiqiçiləri özü dəvət edir. Musiqini azaltmaq imkanımız olmur. Əgər bunu edəriksə, toy sahibinin etirazına səbəb olar. Heç biz də, yüksək səsli musiqinin tərəfdarı deyilik", - deyə şadlıq evinin baş meneceri İqbal Alıyev bildirib.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır.

Tarix
2015.11.13 / 23:05
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla