Yuxarı

Yevlaxda əlil intihara cəhd etdi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlaxda əlil intihara cəhd etdi - Yeniləndi

Yevlax rayon sakini Nizami Yusif oğlu Kərimov bu gün səhər saatlarında özünü yandırıb.

"Axar.az"a Yevlax rayonundakı mənbədən daxil olan məlumata görə, bu gün səhər saatlarında Yevlax rayon sakini 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Fonduna müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə, Nizami Kərimov buna etiraz edərək özünü yandırıb. Xəstənin vəziyyəti çox ağırdır.

Hadisəni diqqətdə saxlayacağıq.

***

12:12

Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır:

"Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Fonduna müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".

Yevlax rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi ilə əlaqə saxlamağa çalışırıq. Hələ ki, zənglərimizə cavab verən olmayıb.

Tarix
2014.01.27 / 12:23
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla