Ötən ay Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən
həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəinə məxsus
evdə axtarış aparılıb.
ANS-in məlumatına görə, o iki ay müddətinə
həbs edilmişdi. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin
verilməsində vasitəçilikdə ittiham olunur.
İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı
Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin
müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə
vasitəçilik edib.
Oliqarxın qardaşı Solomonun dəbdəbəli, üç mərtəbəli kotteci
gözəlliyi ilə insanı heyran edir. Axtarış zamanı Solomon
Manaşirovun evinin antik əşyalar və bahalı rəsm əsərləri ilə dolu
olduğu bəlli olub.
Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı
rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərin mülkə necə
düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.
Yağı boya ilə çəkilən "Yer üzündə və göylərdə məhəbbət" adlı
əsərin Romadakı Borqeza qaleriyasında saxlandığı deyilirdi. Əsər
heç vaxt şəxsi kolleksiyada olmayıb.
Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub.
Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli
üçmərtəbəli kottec mərmər, qızılı tonlarda bəzədilib.
Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığını
da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu doğurdan
da reketliklə məşğul olub. "Januko Rafailovun atası mənim ərim ilə
dostluq edirdi. Bir-birlərinə qonaq gedirdilər. O, həmişə "mənə
qardaşım" arvadı deyirdi. O, oğlunun nə etdiyini bilsə, qəbrində
rahat uyuya bilməzdi. Onların ümumi işi var idi. Bəs onlar nə
istəyirdilər? Hər şeyin havayı olmasını? Pulsuz vəkil tutmaq olmaz.
Roman öz cibindən onların yerinə ödəniş etməli idi?"
Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin
ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov
Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi
bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya
köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır,
paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ,
"Armada" MTK, "Qrand Siti" ticarət-sərgi kompleksləri və başqa
obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700
milyon dollar civarında qiymətləndirir.