Yuxarı

Gəncədə Gənclər Evi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinin rəsmi açılış mərasimi çərçivəsində şəhərdə yeni tikilən Gənclər Evi istifadəyə verilib.

AzərTac xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin bir sıra mərkəzi icra orqanlarının rəhbərləri, dövlət və hökumət nümayəndələri, deputatlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və xarici qonaqlar iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Gənclər Evinin qarşısında gənc idmançıların, eləcə də paralimpiyaçıların nümunəvi çıxışına baxıblar. Sonra qonaqlar birlikdə Gəncənin ən möhtəşəm məkanında, Heydər Əliyev adına park kompleksində müasir memarlıq üslubunda tikilən Gənclər Evinin açılışını bildirən rəmzi qırmızı lenti kəsiblər.

Məlumat verilib ki, Gənclər Evində müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Burada kitabxana, kafe, mehmanxana və digər sosial xidmət sahələri də fəaliyyət göstərir.

Tarix
2016.05.06 / 00:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla