Yuxarı

Kamal Abdullanın “Qızıl Delviq” almış kitabı Serbiyada

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Belqrad Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın serb dilinə tərcümə olunmuş “Deyəsən, Platon xəstələnib” hekayələr toplusunun təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə sənətşünas, professor Flip Feti Dautoviç, şairə Miliça Liliç, tanınmış serb yazıçısı, “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin həyat yoldaşı, yazıçı Yasmina Mihayloviç və başqa xarici ədəbiyyatşünaslar iştirak ediblər.

İştirakçılar müəllifin bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma, yeni bir dünya ilə tanış etməklə, paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bildiyini vurğulayıblar.

Bildirilib ki, yunan mifologiyasının təsiri altında qələmə alınmış bu hekayələr toplusundakı əfsanələşmiş qəhrəmanlarla müasir dövrün insanları arasında sıx bağlanmış münasibətlər məhz Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini əks etdirir.

Qeyd edək ki, Kamal Abdullanın Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib...” (“Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb.

Tarix
2018.04.27 / 15:32
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla