Yuxarı

Qərbin Türkiyə və Azərbaycanla bağlı məkrli – Planı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin Türkiyə və Azərbaycanla bağlı məkrli – Planı

Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir. Nə Rusiya, nə də Avropa ölkələri ermənilərə “Böyük Ermənistan” dövləti yaratmayacaqlar. Bu, onlara sərf etmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər.

Kult.az xəbər verir ki, bu sözləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib.

Akademik beynəlxalq aləmin Xocalıya qiymət verməli olduğunu bildirib:

“Bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir. Terrorun islamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Terror təşkilatlarını böyük dövlətlər yaradır.

Ermənistan prezidenti Serj Sərkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü də etiraf edib”.

Alimin sözlərinə görə, Qərbin Türkiyə və Azərbaycana qarşı məkrli planı var:

“Qərbin bəzi dairələri bizi eşitmək, görmək və dediklərimizi qanmaq istəmir. Bu gün Azərbaycanı və Türkiyəni içəridən qarışdırmaq üçün planlar var. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur. Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır”.

Qeyd edək ki, simpozium çərçivəsində Yaqub Mahmudov “Xocalı şəhidləri xatirə ormanı”nın salınmasında və orada ilk ağacların əkilməsində iştirak edib. Tədbirdə həmçinin Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı sənədli film də nümayiş etdirilib.

Tarix
2018.02.28 / 17:25
Müəllif
Aqşin
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla