Yuxarı

Tahir Əkbərin məzarı niyə dəyişdirildi? - Nazirlikdən cavab

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.

Kult.az xəbər verir ki, naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya açıqlamasında dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyini bildirib:

"Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Tahir Əkbərin xanımı həyat yoldaşının nəşinin basdırıldığı yerdən çıxarılaraq, mərhumun atasının qəbrində dəfn edildiyini Aznyus.az-a təsdiqləyib.

“Tahir müəllimi ona layiq olmayan yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar vardı və onun harada dəfn olunduğunu gördülər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni ordan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orda qoya bilməzdim”, - Tahir Əkbərin yoldaşı Aybəniz xanım deyib.

O bildirib ki, Tahir Əkbərin arzusu İkinci Fəxri Xiyabanda dəfn edilməsi olub.

Qeyd edək ki, əməkdar incəsənət xadimi Tahir Əkbərin martın 2-də dünyasını dəyişib.

Tarix
2018.03.05 / 12:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla