Yuxarı

Komediyalarımız niyə səviyyəsizdir? - Müşfiq Abbasov

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar yerli telekanallarda yayımlanan komediyalar tamaşaçılar tərəfindən sərt şəkildə tənqid edilir.

“Bu şəhərdə” yumor komandasının senaristi Müşfiq Abbasov Kult.az-a müsahibəsində çağdaş komediyamızın durumundan danışır:

- Müşfiq bəy, komediyamızın bugünkü vəziyyətindən razısınızmı?

- Razıyam, ancaq siz diqqətinizi təkcə efirdəki komediyalara cəmləməyin. Onlardan hansısa biri bərbad olar bilər. Amma ümumiyyətlə, vaynerlər İnstaqramda, Feysbukda maraqlı komediyalar təqdim edirlər. Demirəm, onların hamısı yaxşıdır: gülməli olan da var, olmayan da. Təəssüf ki, efirdə, kinoteatrlarımızda əsl komediya çox azdır.

- Yəqin ki, ATV kanalında yayımlan “Stənd ap Bakı” (Stand Up Baku) layihəsinə baxmısınız. Orada çıxış edən gənclərin əksər səhnəcikləri sosial şəbəkələrdə sərt tənqid olunur. Gənclər isə tənqidlərə baxmayaraq, uğursuz çıxışlara davam edirlər...

- Baxmışam, hətta bir dəfə canlı izləməyə də getdim. Orada iştirak edənlər arasında istedadlı gənclər də var. Sadəcə olaraq, yeni-yeni səhnəyə çıxırlar. Hər bir peşəkar, tanınmış müğənninin, artistin də əvvəli bayağıdır, səviyyəsizdir. Kim olur-olsun, istər xalq artisti, istər başqası - hamı yavaş-yavaş püxtələşir. Məncə, onları dəstəkləmək lazımdır ki, inkişaf etsinlər. Onlar bir-iki il sonra elə gözəl nömrələrlə çıxış edə bilərlər ki, nə vaxtsa bayağı olduqları bizim də yadımızdan çıxar.

- Sizcə, gənclərin daha da inkişaf etməsi üçün hansısa formatda komediya məktəbi yaradılmalıdırmı?

- Tələbat olsa, yaradıla bilər. Onsuz da nəyə tələbat varsa, avtomatik olaraq onun məktəbi yaranır, istehsalı çoxalır. Artıq görürük ki, bu sahədə də tələbat var. Çox istəyərdim ki, kinoteatrlarda tarixi, melodram filmlərinə də axın olsun. Bu gün bunlara tələbat sıfra bərabərdir. Bu gün kinoteatrlara yalnız komediyaya baxmağa gedirlər. Deyirlər, komediya olsun, baxıb, gülüb gedək. Daha ciddi, ağır janrlar istər Yutubda, istərsə də efirlərdə o qədər də izlənilmir. Düzdür, hərdən ciddi verilişlər hazırlamaq istəyirlər, amma baxırsan ki, komediyaya daha çox bənzəyir - istər aparıcısı, istər sualı, istər qonağı, istərsə də cavabı.

- Tamaşaçılar bizim komediyalarımızı qonşu ölkələrin komediyaları ilə müqayisə edirlər və bu sahədə həddindən artıq geridə qaldığımızı bildirirlər. Buna münasibətiniz necədir?

- Rayonlarımızda bəzən elə özünəməxsus yumorlar, zarafatlar olur ki, ingilisin, rusun komediyası onlara çata bilməz. Sadəcə, onların kanallarının auditoriyası çoxdur. Rusiyanın kanallarına dünya üzrə təxminən yarım milyard insan baxır, bizdə isə bu rəqəm ən yaxşı halda bir neçə milyondur. Adama psixoloji olaraq, elə gəlir ki, onlar daha yaxşıdır. Həm də SSRİ dönəmində inkişaf prosesi ruslarda daha sürətlə gedirdi. Onlarda klassik yumor daha güclüdür.

Əslində, regionlarımızın yumorlarını ekranlaşdırsaydılar, çox gözəl nəticəsi olardı. Ayrı-ayrı vaxtlarda özüm rayonları gəzmişəm, o insanlarla ünsiyyətdə olmuşam. Sadəcə, həmin yumorlar o rayonlarda da qalır, kənara çıxmır. Amma bizim elə spesifik zarafatlarımız var ki, onlar dünyanın heç bir dilinə tərcümə oluna bilməz.

- Müşfiq bəy, incəsənət sahəsində nədən narazısınız?

- Bizdə iki məktəb yoxdur: ssenarist və prodüser. Onların olmaması həm mətbuat, həm televiziya, həm də kinolara, teatrlara mənfi təsir edir. Əgər 50 il qabaq belə məktəb olsaydı, indi biz Türkiyə səviyyəsində olardıq, bəlkə də onları keçərdik. Türkiyədə ayrıca prodüser, ssenarist məktəbi var. İllərdir yetişdirirlər. Bizdə aktyor, müğənni, rejissor yetişdirirlər, amma ssenarist, prodüser yetişdirmirlər. Əlbəttə, bu da nəticəyə təsir edir.

- “Bu şəhərdə” üçün yeni ssenaristlər axtarırsınızmı?

- “Bu şəhərdə”nin senarilərini özüm yazıram. Heç vaxt, heç kimin ssenarisindən və lətifədən istifadə etməmişəm. Mən hər zaman ssenaristlər axtarıram. Tapılsa, böyük məmnuniyyətlə çalışardım onlarla.

Tarix
2018.10.12 / 15:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla