Yuxarı

Qərb Rusiyaya uduzur: Türkiyəni gözləyən dəyişiklik

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Rusiyaya uduzur: Türkiyəni gözləyən dəyişiklik

Qərbin məqsədi Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün nəinki Türkiyədən bir vasitəçi kimi yararlanmaq, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən avantajlar əldə etməkdir.

Bunu Axar.az-a Fransa Konstitusiya Məhkəməsi tərəfindən “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunun ləğvini şərh edən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, sözügedən qərar Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir:

“Fikir verin, bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, ancaq faktiki olaraq Rusiya ilə qoca qitənin kəskin münasibətərinin davam etdiyi bir zamanda, digər tərəfdən Türkiyənin Rusiya ilə bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdləri təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoyur. Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Çünki Türkiyə Avropa üçün yeganə alternativsiz ünvandır”.

Analitikin sözlərinə görə, indiki dönəmdə Avropa Türkiyənin gözləntiləri ilə bağlı tam olmasa da, müəyyən yumuşalma və güzəştlərə gedə bilər:

“Odur ki, Türkiyənin Avropaya münasibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı indi çox maraqlıdır”.

Qeyd edək ki, Fransa Konstitusiya Məhkəməsi bir sıra cinayətlərin inkar edilməsinin kriminallaşdırılması haqqında özəlliklə ermənilərin xeyrinə qəbul edilmiş qanunu ləğv edib.

Tarix
2017.01.31 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla