Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Füzuli Məmmədov diaspor üçün kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycanlıları Konqresi ölkəmizin beynəlxalq aləmdə tanınmasında, güclənməsində rol oynayan təşkilatlardandır. Soydaşlarımız bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində məhz Avropa Azərbaycanlıları Konqresinə böyük ümidlər bəsləyirlər.

Bu gün Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır, Avropa İttifaqı ölkələrində soydaşlarımızın sayı isə artıq bir milyon nəfəri keçib. Bu siyahıya Ukrayna və Türkiyədə formalaşmış çoxsaylı Azərbaycan diasporunu da əlavə etmək lazımdır. Beləliklə, adı çəkilən ölkələrdə yaşayan soydaşlarımızın ümumi sayı 4 milyon nəfərə çatır ki, bu da Azərbaycan əhalisinin 40%-nə bərabərdir.

Belə bir böyük diasporu səmərəli şəkildə idarə etmək üçün bu ölkələrdə diasporlarımızın təşkilati strukturunun yaxşılaşdırılması son dərəcə vacib məsələdir. Lakin bizim ictimai təşkilatların işinin səmərəliliyini artırmadan, soydaşlarımızın beynəlxalq səviyyəli vahid diaspor təşkilatı ətrafında birləşməsinə nail olmadan bütün bunlara etmək mümkün deyil. Ona görə də diaspor sahəsində sanballı iş təcrübəsinə malik olan soydaşlarımızın Avropa Azərbaycanlıları Konqresinin işinə cəlb edilməsinə ehtiyac yaranır.

Bu sahədə artıq faydalı bir addım atılıb və ictimai xadim, mesenat, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti Füzuli Məmməd oğlu Məmmədov bu ilin fevral ayında Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti seçilib.

Bunun nəticəsi kimi, ötən beş il ərzində fəaliyyətində müəyyən durğunluq müşahidə olunan Avropa Azərbaycanlıları Konqresinin (AAK) işində irəliləyişlər müşahidə olunur. Füzuli Məmmədovun AАК-ın işində iştirakı nəticəsində 2017-ci ildə bu təşkilatın keçirdiyi böyük forumlarda MDB və Avropanın bütün ölkələrində, o cümlədən, Rusiya və Ukraynada fəaliyyət göstərən diasporlarımızın ictimai təşkilatları təqdim olundu.

Füzuli Məmmədov AАК-ın birinci vitse-prezidenti seçildikdən bir ay sonra MDB və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun ictimai təşkilatları Avropa Azərbaycanlıları Konqresinin tərkibində və ya onun ətrafında birləşmək istəklərini açıqladılar. Bu münasibət AАК-ın iki böyük mötəbər forumun keçirilməsində əsas təşəbbüskar kimi çıxış etməsinə zəmin yaratdı: sentyabrın 23-24-də Ukraynanın paytaxtı Kiyevdə və noyabrın 20-dən 24-dək Belçika və Avropa Birliyinin paytaxtı Brüsseldə. Bu forumlara Avropa Birliyi ölkələrindən, postsovet məkanı, eləcə də Türkiyədən onlarla diaspor təşkilatları nümayəndəsi toplaşmışdı.

Brüsseldə forumun keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu şəhərdə Avropa Birliyinin qərargahı, NATO-nun ofisi və Benilüks ölkələrinin katibliyi yerləşir. Adı çəkilən forumlarda Azərbaycan rəhbərliyinin nümayəndələri - Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak etdi. Bu onu göstərir ki, sözügedən forumlar ümummilli əhəmiyyətə malik hadisədir.

AАК-ın indiki fəallığı Füzuli Məmmədovun bu təşkilata gəlişi ilə əlaqəlidir. Təbii ki, bu sahədə onun illərlə qazandığı təcrübəsi bu gün konqresin işinə töhfə verir. F.Məmmədov hələ 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoymuşdu. Bu təşkilat ölkədə bizim diasporumuzu formalaşdırmağa kömək etdi və ən qısa müddət ərzində Rusiyada dünyanın ən iri Azərbaycan diasporu meydana gəldi.

Sonralar da Füzuli Məmmədov MDB və Avropanın digər ölkələrində Azərbaycan diasporunun bir sıra yeni ictimai təşkilatlarının yaradılmasında şəxsən iştirak edib. Xüsusilə, 2005-ci ildə beynəlxalq səviyyəli ictimai təşkilatlar - Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fond yaradıb. Bu gün də Füzuli Məmmədovun zəngin iş təcrübəsi Avropa ölkələrində Azərbaycan diasporunun təşkilati strukturunun yaxşılaşdırılmasına köməklik edir.

Bununla yanaşı, Füzuli Məmmədovun məşhurluğu da Avropa ölkələrində və postsovet respublikalarında azərbaycan diasporunun sıx birləşməsinə kömək edir. Bu ölkələrdə onu hələ 90-cı illərdə həyata keçirdiyi xeyriyyə işlərindən yaxşı tanıyırlar.

İndi ümid etməliyik ki, tezliklə Avropa Azərbaycanlıları Konqresi digər qitələrin ölkələrində, ilk növbədə, ABŞ-da soydaşlarımızın birliyi ilə məşğul olacaq və beynəlxalq ictimai təşkilata çevriləcək. Füzuli Məmmədovun özünün də dəfələrlə qeyd etdiyi kimi, birlik və mütəşəkkillik olmadan, dünyanın heç bir diasporu formalaşdığı ölkələrdə öz təsir dairəsini möhkəmləndirə bilməz. Diasporun mövcud olduğu ölkənin ictimai-siyasi həyatında fəal iştirakı məhz onun təşkilati strukturunun səmərəli fəaliyyətindən asılıdır.

Tarix
2017.12.06 / 13:25
Müəllif
Murad Əzizbəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur bakılıya yüksək vəzifə verildi

Berlində mühüm konfrans: Şeyx çıxış etdi - Foto

Bakının bu rayonlarında qaz olmayacaq - Xəbərdarlıq

Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda - Foto

Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxdı

Sinəmi qabağa verməli idim ki, gəlin öldürün?

Azərbaycan sərvətlərini İran şirkətləri talan edir - Açıqlama

Təhsil naziri əmr imzaladı

16 yaşlı Reyhan “2018-ci ilin 100 qadını” siyahısında

BDU-nun bufeti niyə bağlandı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla