Yuxarı

DSX rəhbərliyi “Ana harayı” abidəsini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX rəhbərliyi “Ana harayı” abidəsini ziyarət etdi

Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etmiş, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilmişdir.

Axar.az xəbər verir ki,Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Dahi Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılmışdır.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülmüşdür.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbə qazanılmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmiş, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapmışdır.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilmişdir.

Tarix
2026.02.26 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla