Yuxarı

Bu, xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır

Azərbaycan hər zaman beynəlxalq müstəvidə sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu həzm edə bilməyən dairələr uğurlarımızdan ciddi “narahatdır”:

“Sapı özümüzdən olan baltalar” anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alət olaraq həmin dairələrin göstərişlərini icra edirlər. Prezident İlham Əliyev Vaşinqtonda olarkən onların hotelin qarşısındakı təxribat cəhdləri də bunu göstərir. Müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, Vaşinqtonda şahidi olduğumuz mənzərə göstərir ki, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Eyni zamanda, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır. Bu, siyasi mübarizə deyil, milli hisslərini itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi aşınmadır”.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub:

“Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan qarayaxma kampaniyalarının elementidir. Təxribatın qarşısının alınmasında isə təhlükəsizlik xidmətinin əməkdaşlarının və ABŞ polisinin peşəkarlığı da xüsusi vurğulanmalıdır”.

“Bu təxribatçı qrupun Amerika ermənilərinin təşkilatı olan ANCA tərəfindən də təlimatlandırıldığı istisna deyil. Çünki onlar maliyyə aldıqları mərkəzlərin tapşırıqlarını yetirirlər. Lakin bu dairələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür cılız davranışlarla heç nəyə nail ola bilməyəcəklər. Bunu indiyədək olan təcrübə də təsdiqləyir”,- deyə Samir Vəliyev vurğulayıb.

Tarix
2026.02.26 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla