Yuxarı

Bakıda məktəb direktorunun erməni sevgisi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məktəb direktorunun erməni sevgisi - Foto

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun üzdə müstəqilliklə bağlı paylaşımlar etsə də, bir tərəfdən kommunizm ideyalarını, Azərbaycanın yenidən SSRİ-nin tərkibində müstəmləkəyə çevrilmə fikrini təbliğ etməsi diqqətdən yayınmır.

Axar.az xəbər verir ki, rəhbərlik etdiyi təhsil ocağında şagirdlərin boynuna qırmızı pioner qalstuku taxdıran direktor Sovet təhsil sisteminin ayrılmaz elementi olan “qırmızı pioner qalstukları”nın heç də pis olmadığı və şagirdlərə də xüsusi yaraşıq verdiyi qənaətindədir.

Maraqlıdır ki, A.Ələkbərov bir məktəb direktoru olmasına baxmayaraq, müasir Azərbaycan təhsilini bəyənmir, həmçinin Sovet təhsil sisteminin heç də zəif olmadığını bildirir. Direktor fikrini belə əsaslandırır ki, biz gərək Sovet təhsil sisteminin müsbət tərəflərini öz xeyrimizə istifadə edək.

Görünür, A.Ələkbərov özü də idarə etdiyi məktəbdə şagirdlərə verdiyi təhsildən razı deyil, Azərbaycanın illərdir müstəqillik əldə etməsinə, yeni təhsil sistemi müəyyən etməsinə baxmayaraq, Sovet illərinin həsrətini çəkir.

Bütün bunları onun qırmızı pioner qalstuklu şagirdlərinin şəkillərini paylaşmasında, həmçinin, bunun gözəl nümunə olduğunu deməsində də görmək olar.

O, başqa paylaşımlarında da kommunist ideologiyasına sevgisini əks etdirib. Direktor azərbaycanlılara qarşı qırğınlar təşkil etmək üçün türk düşməni Stepan Şaumyanı Qafqaza xüsusi səlahiyyətli komissar kimi göndərən, sonrakı fəaliyyətində də xalqımıza qarşı qəddar əməllərini davam etdirən Leninin fotosunu da paylaşıb. Azərbaycanlılara qarşı 31 mart soyqırımını təşkil edən Vladimir Lenini, onun əlaltısı Şaumyana rəğbətini nümayiş etdirən A.Ələkvərovun müstəqil Azərbaycanın təhsil sistemini bəyənməməsi təbiidir.

Qeyd edək ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun adı öz rəhbərlik etdiyi məktəbdə 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi ilə hallanır. Fakt Sabunçu rayon 14-cü Polis Bölməsinin təhqiqatçısı Əşrəf Əlizadə tərəfindən təsdiqlənsə və iş prokurorluğa göndərilsə də, hələlik nəticəsi yoxdur.

Tarix
2018.06.04 / 10:38
Müəllif
Orxan Tağıyev
Oxunub
16 024
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla