Yuxarı

Yalnız kolbasa-sosisdə olan halallıq

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi yuxuda görübmüş ki, bəs ömür-gün yoldaşı hər gecə tövlənin arxasında qonşuyla görüşür. Yuxudan ayılıb baltalamışdı qadını.

Bir kişi də arvadı intihara cəhd etmişdi deyə, başın kəsmişdi.

Ta qədimdən xəyanət bağışlanmaz, cəzası ağır əməldir.

Bilirsiz də, enerji itmir. Bumeranq kimidi. Nə versən, başqa formada qayıdacaq bir gün özünə.

Nədi xəyanət?

Dünən Xırdalanda qadın ərini məhkəməyə verib. Deyir, ərim gəzir, telefonuna gizli nömrələrdən zəng gəlir, sirli-sirli danışır, gizlənir, həyəcanlanır. Xülaseyi-kəlam, gecəyarısı gələn gizli zəng ilən şübhə araya toxum salıb, nifaq düşüb.

Kişinin işi-gücü, maşını. Qadın da ən bahalı yerdən geyinir, çantası, ayaqqabısı brend. Uşaq dalınca bağçaya gedəndə geyindiyi şubanı görsən, deyərsən, elə ceyranın özüdü, ox kimi süzür.

Sözüm onda yox, başqa şey deyirəm. Deyirəm ki, qadınlar ərlərindən başqa bütün həqiqətlərə xəyanət edirlər.

Bir dəfə ərini qabağına qoyub danlamayıb ki, ay kişi, bu şubanı hansı pulla almısan? Bu çanta hardan? Axı o şubanı satıb on ailəni sevindirmək olar?

Ölkədə çoxu islamı qəbul edib, inanır. Gəl, dinin buyurduğu halal-haram prinsipləri ancaq kolbasa-sosiskada keçərlidi. Şair demiş, halal çörək də, haram çörək də eyni dükanda satılır. Uşağına yedizdirdiyi tikənin kimin boğazından kəsildiyi önəmli deyil qadına. Nə istəsən elə: onun-bunun haqqını kəs, onun-bunun cibini soy, amma soyuducu dolu olsun, üstü bahalı. Bircə xəyanət etmə.

Bircə dəfə bəşəri problemlərə etiraz etməyən, qonşusundan xəbəri olmayan qadın bir zəng üçün məhkəməyə şikayət edir... Dava salır, qırğın düşür.

Əri gəzirmiş... Ay bədbəxt!

Onun elədiyi fiziki-bioloji xəyanət sənin elədiyin xəyanətin yanında dua kimi mübarək. Xəyanəti iki ayaq arasına endirənlərin elədiyi xəyanətlər daha təhlükəlidi.

Bir dəfə ərinin cibinə bax, telefonunda eşələməkdənsə, gətirdiyi pulların yerini öyrən də, qadın!

Qadın olmaq ana olmaqdan da ali məqam. Analıq fiziki-bioloji məqam isə, qadınlıq İlahi qata yüksəlmədi.

Məsələn, mən Ermənistanın xarici işlər nazirini, ölkədəki DTX-nin rəhbərini tanımayan qadınla sevgili ola bilmərəm. Bakıdan Qarsacan yol çəkilən gün bir qadın yazmışdı ki, mənə nə? Gəl, əri evə gec gəlsə, dünyanı dağıdar.

Demirəm, qadın politoloq olmalıdı, deyirəm, heç olmasa, Hacıbala müəllimdən xəbəri olsun...

Heç olmasa!

Ərindən başqa bütün həqiqətlərə xəyanət edən qadın balalayır, vərdiş halında yaşayır və elə məməli kimi də yaşlanıb ölür...

Tarix
2017.11.22 / 16:13
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla