Yuxarı

Bakı İrəvandakı təxribatçı tədbiri ləğv etdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təxribatçı məqsədlərlə siyasi və xarici siyasət məsələləri üzrə mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində İrəvanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi" bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu. Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib", - Hacıyev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistanın qondarma rejimin "müstəqilliyinin 25 illiyi" bəhanəsi ilə gizlin şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: "Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina etmişdi".

H.Hacıyev deyib ki, rəsmi İrəvanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi: "Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir".

Tarix
2016.08.31 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla