Yuxarı

Şeyxdən Hacıbala Abutalıbova: "O, ateistdir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu addım Azərbaycan qadınına və möminlərimizə ehtiramının bariz nümunəsi olacaq".

Allahşükür Paşazadə Təzə Pir məscidinin giriş qapısının yerləşdiyi küçənin adının dəyişdirilməsini istəyir.

"Axar.az" "SalamNews"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, Təzə Pir məscidinin ərazisi ölkə başçısının sərancamı əsasından əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar tikilərək hazırda böyük kompleks təşkil edir. Dindarlarımız, şəhər sakinlərinin, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət göstərən peşəkar-inqilabçı ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə nə də Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə yoxdur.

A.Paşazadə yazıb: "Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adının verilməsi üçün müvafiq sərancam verməyinizi xahiş edirəm. Bu addım savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərimizə ehtiramının bariz nümunəsi olacaq."

Tarix
2013.12.09 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla