Yuxarı

Azərbaycanlı sələfi İŞİD-dən nələr yazdı? – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əbu Bəkr" məscidinin imamı, Mədinə Beynəlxalq İslam Universitetinin Hədisşünaslıq fakültəsinin məzunu Qamət Süleymanov geniş məqalə ilə çıxış edib.

Axar.az-ın məlumatına görə, iri həcmli yazıda sələfilərin lideri "İslam dövləti" və Əl Qaidə terror təşkilatlarının yaranma tarixinə toxunub.

Məqaləni ixtisarla təqdim edirik:

"Müsəlman qardaşlar" təşkilatı (ərəbcə "İxvanul Muslimin") XX və XXI əsrlərin ən nüfuzlu müsəlman siyasi təşkilatıdır.

1928-ci ildə məktəb müəllimi, sufi əqidəsinə mənsub olan Həsən Bənnanın əsasını qoyduğu "Müsəlman Qardaşlar" təriqəti qısa müddət ərzində bütün dünya müsəlmanları arasında geniş populyarlıq qazandı.

"Qardaşlığın" şöhrətinin kulminasiya nöqtəsi 2012-ci ilə təsadüf etdi. "Ərəb baharı"ndan sonra ixvanlar Misirdə hakimiyyətə gəldilər, Liviya və Tunisin yeni hökumətlərində nüfuzlu mövqeləri tutdular.

Həmçinin ixvanlar və onların təsiri altına düşmüş siyasi müsəlman partiyalar, o cümlədən Türkiyə, Sudan, Qəzza zolağı və digər yerlərdə hökumət strukturlarında bərqərar oldular.

İxvanların dini lideri və "ərəb baharı"nın ideoloji təbliğatçısı Yusuf Qərdavi bu günə qədər də Qətərin qeyri-rəsmi müftisi olaraq qalır.

Lakin ixvanların şan-şöhrət dövrü uzun sürmədi. 2013-cü ildə Misirdə ixvanlar əleyhinə əks-inqilabi çevriliş həyata keçirildi və təşkilat rəsmi olaraq terror təşkilatı elan edildi.

2014-cü ildə Misir, BƏƏ və bir çox digər ölkələrin ardınca gedərək Səudiyyə Ərəbistanı da "Müsəlman qardaşlar" təriqətini terror təşkilatlarının sırasına daxil etdi.

Lakin Əl Qaidə və İŞİD terror qruplaşması kimi müasir esktremist xəvaric təşkilatlarının meydana gəlməsinin əsas səbəbinin məhz ixvanlar olduğunu çox az adam bilir.

Həmçinin, bu xəvaric təşkilatlarının əksəriyyətinin, sələfi nəzəriyyələrinin təsiri altında ixvan ideologiyalarının mürəkkəb və kifayət qədər uzunmüddətli mutasiya prosesinin nəticəsi olduğunu çox az insan dərk edir.

Misirdə Əbdül Nasirə qarşı törədilmiş uğursuz sui-qəsddən sonra həbsə atılmış şəxslərdən biri də, müasir ekstremist-xəvariclərin gələcək ideoloqu Seyyid Qütb idi (1906-1966).

Qütb ömrünün demək olar ki, qalan hissəsini həbsxanada keçirir və 1966-cı ildə dövlətə xəyanətdə ittiham edilərək edam edilir.

Seyyid Qütbün İslami təhsili yox idi və o heç islam alimi olmağa namizəd də deyildi. O, sıravi, dünyəvi təhsil almış bir müsəlman idi və yanlış şəkildə düşünürdü ki, demokratik yolla hakimiyyətə gələrək cəmiyyətin vəziyyətini yaxşılaşdıracaq.

Lakin o, həbsxanaya düşdükdə və işgəncələrə məruz qaldıqda fundamental islami biliklərə sahib olmadığı üçün, baxışları radikallaşdı. Məhz bu dövrdə özünün ən məşhur, hətta qeyri-müsəlman mütəxəssislərin təsdiqi ilə bütün müasir xəvariclərin masaüstü kitabına çevrilən "Yoldakı nişanələr" (ərəbcə "Məalim fi ət-Tariq") əsərini qələmə alır. Jurnalist Ceyson Byörk "Əl Qaidə" kitabında yazır:

"Qütb bütün müsəlman cəmiyyətlərini islamdan çıxmaqda ittiham edir və "küfr liderləri və onların nökərlərinə" qarşı silahlı və zorakı mübarizəni təbliğ edir".

Beləliklə, Qütbün radikal baxışlarının geniş vüsət almasından sonra, ixvanlar 2 əsas qrupa bölündülər: Qütbçülər və Bənnaçılar. Birincilər zorakı üsullarla hakimiyyətə gəlməyin tərəfdarı olanlardır.

Seçki proseslərində iştirak etməyi haram və hətta "küfrün təzahürü" olaraq görürlər. Bənnaçılar isə demokratik üsullarla hakimiyyətə gəlməyin tərəfdarlarıdır.

Lakin bənnaçılar hakimiyyətə demokratik yolla gəlməyin tərəfdarı olsalar da, bu mümkün olmadıqda, terror əl atmağı icazəli görür.

Ardı var

Tarix
2015.10.22 / 22:47
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla