Yuxarı

Hacı Qamət vəhhabilərlə fərqi açdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbu Bəkr məscidinin imamı, Mədinə Beynəlxalq İslam Universitetinin Hədisşünaslıq fakültəsinin məzunu Qamət Süleymanov geniş məqalə ilə çıxış edib.

Axar.az-ın məlumatına görə, iri həcmli yazıda sələfilərin lideri "İslam dövləti" və Əl Qaidə terror təşkilatlarının yaranma tarixinə toxunub.

Məqaləni ikinci hissəsini ixtisarla təqdim edirik:

əvvəli burada

İxvanların Səudiyyə Ərəbistanına köçməsindən əvvəl, krallığın əhalisi arasında əsasən klassik əhlü-sünnə vəl-cəmaə, digər sözlərlə, sələfilik əqidəsi yayılmışdı.

Klassik əhli-sünnə və ya sələfilik baxışlarına Misirdən gəlmiş ixvanların siyasi müxalifət anlayışları daim yad olub. Sələfilər təkallahlılığa (tövhidə) – yalnız uca Allaha ibadətə və bu yolda şəriət elmlərinə sahib olmaqla və onları həyata tətbiq etməklə özünü təkmilləşdirməyə xüsusi əhəmiyyət verir.

Sələfilər dində hər hansı bidətləri (yenilikləri) qəbul etmir. Sələfilər hesab edir ki, müsəlman rəhbər əleyhinə siyasi müxalifət qəti şəkildə qadağandır. Hətta əgər bu rəhbər zalım və müstəbid olsa da.

Sələfilərdən başqa, islamda heç bir cərəyan ədalətsiz rəhbərə qarşı çıxmağın qadağan olunmasına dair bu qədər qəti əqidəyə malik deyil. İxvanlara gəldikdə isə, sələfilərdən fərqli olaraq, onların əsas məqsədi həmişə ölkələrində hakimiyyəti ələ almaq və gələcəkdə vahid müsəlman dövlətinin – İslam xilafətinin yenidən qurulmasıdır.

Sələfilərdən əqidə elmlərinə dair bilikləri öyrənən ixvanlar Seyyid Qütbün müsəlman rəhbərlərə qarşı çıxmaq və digər müsəlmanları kafirlikdə ittiham etmək məsələlərində inqilabi və ekstremist baxışlarından tam şəkildə imtina etmək istəmirdilər. Onlar Seyyid Qütbün inqilabi-xəvaric baxışlarını Səudiyyə Ərəbistanının gənc sələfiləri arasında yaymağa başladılar.

Beləliklə, bir tərəfdən Səudiyyə Ərəbistanına köçüb bəzi əqidə məsələlərini sələfi alimlərdən öyrənmiş ixvanlar, digər tərəfdən isə Seyyid Qütbün nəzəriyyələrini öyrənən yerli sələfi gənclər tədricən "mutasiya" oldular.

Tezliklə yeni təriqət meydana gəldi. Bu təriqəti sələfi alimləri müxtəlif adlarlarla çağırmağa başladılar: xəvariclər, müasir xəvariclər, qutbçular, sururilər, ixvanlar, təkfirçilər və s.

Yeni təriqəti Məhəmməd Sürurun şərəfinə sururilər də adlandırırlar. Məhz o, xəvaric ekstremist baxışları əhli-sünnə əqidəsi ilə qarışdıraraq, yeni təriqətin meydana gəlməsində rol oynayıb.

Beləliklə, yeni təriqəti - sələfi baxışları altında gizlənən cərəyan kimi müəyyən etmək olar. Onlar müsəlman rəhbərlərə qarşı müharibə etmək, onları devirmək və hakimiyyətə gəlməyi yalnız cihad hesab edirlər.

Tarix
2015.10.24 / 09:27
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla