Yuxarı

Sosial Müdafiə Fondu nazirliyə birləşir – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirliklə Fond arasında savaş başa çatır

Prezident İlham Əliyev yeni hökümətin tərkibini təsdiq etdikdən sonra bir neçə məmur nazir postunu itirdi. Onların sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Əlkəkbərov da var. Eks-nazirin yerinə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov təyin edildi.

Bunu iki qurum arasındakı gizli savaşda Səlim Müslümovun qələbəsi kimi də qiymətləndirənlər oldu. Fizuli Ələkbərov vaxtilə nazirliyin tabeliyində olan idarənin müstəqil bir fond kimi fəaliyyət göstərməsinə qarşı idi və istər-istəməz, eynifunksiyalı bu qurumlar vaxtaşırı olaraq üz-üzə gəlməyə məcbur olurdular.

Yeni nazirin sərt kadr islahatları olacaq

Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin ediləndən sonra ilk işi DSMF-də onunla işləmiş Əjdər Cəbiyevi nazirliyə gətirmək oldu. Cəbiyev Elnur Kələntərovun yerinə Aparat rəhbəri təyin edildi.

Cəbiyevin nazirliyə gətirilməsi təsadüfü deyil. Bu təyinat uzun illlər naziriklə DSMF arasında gedən savaşın yeni mərhələsinin başlanğıcından xəbər verir. İki qurum arasında gərginlər təbii olaraq qurumlarda çalışan rəhbər işçilərin münasibətlərinə də təsir edir. Beləliklə, Əjdər Cəbiyevin nazirliyin Aparat rəhbəri təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində yüksək vəzifə tutan kadrların "vurulmasının" başlanğıcı kimi dəyərləndirilməlidir.

Heç şübhəsiz ki, Səlim Müslümovun kadr islahatları bundan sonra daha sərt olacaq.

Yeni nazirə sələfindən daha artıq etimad

Nəhayət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bu quruma rəqib olan fondun rəhbəri Səlim Müslümov rəhbər təyin ediləndən "nazirlik-Fond" qarşıdurması sona yetəcək və struktur islahatı aparılacaqmı?

Ekspertlər bunu olduqca real hesab edirlər. Çünki Prezident İlham Əliyev hələ də Sosial Müdafiə Fonduna sədr təyin etməyib. Görünən odur ki, Səlim Müslümov yeni vəzifəsindəki köhnə kadrları təmizləyəndən sonra Fondun Nazirliyə birləşdirilməsi prosesi başlayacaq.

Tarix
2013.10.31 / 12:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla