Yuxarı

Təyyarə qəzasını araşdırmaq üçün... - Rusiyadan açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə qəzasını araşdırmaq üçün... - Rusiyadan açıqlama

Rusiya Aktauda baş verən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı istintaq çərçivəsində Qazaxıstanla əməkdaşlıq edir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə bildirib.

Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri ilə bağlı beynəlxalq araşdırma Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən aparılır. Rusiya tərəfi agentliyə bütün lazımi yardımı göstərir və Rusiya aviasiya bütün sorğulara cavab verib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Tarix
2025.12.30 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla