Yuxarı

Bir səhv edib, cəzasını da alacaq - Anar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir səhv edib, cəzasını da alacaq - Anar

Haqqımızda yazdı, biz də onu məhkəməyə verdik. İndi gəlib 500 manatlıq cəriməsini ödəsin. O, cəriməni ödəsə, həmin pulu aparıb yetim-yesirə verəcəyik.

Axar.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında yazıçı Anar şair İlham Qəhrəmanla məhkəmə çəkişməsindən danışarkən deyib.

O bildirib ki, şair cəzasız qalmayacaq:

“İlham Qəhrəman bir səhv edib, cəzasını da alacaq. Məhkəmə qərar çıxarıb, hara istəyirsə, müraciət etsin. Apellyasiya Məhkəməsi isə hansı qərarı istəyirsə, çıxarsın, mənim nə borcuma”.

Qeyd edək ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.

Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.

İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət edib.

Tarix
2025.12.30 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla