Yuxarı

"Qanun"da yoxlamalarla bağlı rəsmi açıqlama - Yenilənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:05

Noyabrın 1-də Vergilər Nazirliyinin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən "Qanun" nəşriyyatına gedərək, yoxlamaya başlayıblar. Nazirliyin nümayəndələri nəşriyyatda olduğu müddətdə "Qanun"un əməkdaşlarının binaya daxil olmasına icazə verilməyib.

"Aznews.az" saytının məlumatına görə, vergi müfəttişləri "Qanun"a məxsus bütün maliyyə sənədlərini özləri ilə aparıblar və nəticədə Nəşrlər Evi fəaliyyətini dayandırmağa məcbur olub.

"Axar.az"ın "Qanun" nəşriyyatının əməkdaşlarından aldığı xəbərə görə isə heç bir sənəd təqdim etməyən iki nəfər vergi müfəttişi yoxlamaya gəldiklərini bildirərək, doğrudan da nəşriyyatın mühasibat sənədlərini özləri ilə aparıblar. Buna baxmayaraq, nəşriyyatın fəaliyyətini dayandırması üçün Vergilər nazirliyinin heç bir qərarı yoxdur və nəşriyyat hazırda fəaliyyətini davam etdirir.

12:55

Vergilər Nazirliyindən Qanun Nəşriyyatı ilə bağlı rəsmi- açıqlama

Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin əməkdaşı "Qanun" Nəşriyyatında aparılan yoxlamalarla bağlı "Axar.az"ın suallarını cavablandırdı.

Şöbəsinin əməkdaşı Şahin Məmmədov nəşriyyatda aparılan yoxlamaları təsdiqlədi:

"Noyabr ayının 1-də Vergilər Naziriliyinin göstərişi ilə Bakı şəhər Vergilər Departamenti tərəfindən "Qanun" Nəşriyyatında yoxlamalar başlayıb. Aparılan yoxlamalar vergi qanunvericiliyinə və onun tələbinə əməl olunması vəziyətinin araşdırılması ilə bağlıdır. Yoxlama başa çatdıqdan sonra bu barədə ətraflı və izahlı məlumat yayacağıq".

Analitik İnformasiya şöbəsinin əməkdaşı nəşriyyatın fəaliyyətinin dayandırılması xəbərinə də aydınlıq gətirdi:

"Bizdə belə bir məlumat yoxdur. Əgər fəaliyyəti dayandırılsaydı, məlumatımız olardı".

Tarix
2013.11.02 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda Azərbaycanla bağlı cinayət işi bağlandı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla