Yuxarı

İsrail XİN başçısının Azərbaycana səfəri başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail XİN başçısının Azərbaycana səfəri başladı

İsrail XİN başçısı Gideon Saarın bu gün Azərbaycan və Qazaxıstana diplomatik səfəri başlayıb.

Axar.az xəbər verir ki, Bakı və Astanaya səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yönəlib.

Səfər çərçivəsində bir sıra rəsmi tədbirlər, həmçinin dövlət qurumları və ictimai dairələrin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Yəhudi icmalarının nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Qazaxıstana səfər ölkənin "İbrahim Sazişləri"nə qoşulması fonunda həyata keçirilir. Bundan əlavə, nazir Astanada Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Gideon Saarı 40-dan çox israilli iş adamı və dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edir.

XİN başçısının təşəbbüsü ilə Bakı və Astanada biznes forumlar da nəzərdə tutulub. Bu çərçivədə İsrail nümayəndə heyətinin üzvləri yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəklər.

Tarix
2026.01.25 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla