Yuxarı

Avtomobillərin lizinqlə satışı da qadağan olundu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobillərin lizinqlə satışı da qadağan olundu

Azərbaycanın ən iri avtomobil dilerlərindən olan "Auto Azerbaijan" avtomobillərin lizinqlə satışını dayandırdığını elan edib.

Məlumta görə, bu barədə şirkətin təqdim etdiyi avtomobillərin lizinqlə satışını həyata keçirən "Qafqaz lizinq" şirkətindən məlumat yayılıb.

Xəbərdə bildirilir ki, "Auto Azerbaijan" Azərbaycanda ən çox populyar olan markalardan "Hyundai" avtomobillərinin, eləcə də "Jeep", "Dodge", "Chrysler", "Peugeot" və "Geely" avtomobillərinin lizinqlə satışını həyata keçirməyəcək. Şirkətin rəhbərliyi lizinq şərtlərinə yenidən baxmaq niyyətindədir.

Ehtimal olunur ki, ölkənin ən iri avtomobil dilerlərindən birinin bu qərarı Vergilər Nazirliyinin göstərişi ilə bağlıdır. Bundan əvvəl Vergilər Nazirliyi lizinq şirkətlərinə öz əməliyyatlarında yalnız vergiödəyicisi kimi qeydiyyatdan keçmiş və VÖEN-ə malik olan, öz gəlirləri barədə bəyannamə təqdim edə bilər sahibkarlara üstünlük verməli olduğu barədə tövsiyə göndərib.

Gözlənilir ki, "Auto Azerbaijan"ın ardınca digər avtomobil dilerləri də lizinqlə avtomobil satışını dayandıracaqlar.

Qeyd edək ki, Azərbaycanda son vaxtlara qədər avtomobillərin lizinqlə satışı populyar deyildi və əhali əsasən kreditlə avtomobil almağa üstünlük verirdi. Lakin ölkədə ödənilməyən kreditlərin həcminin durmadan artmasından narahat olan Mərkəzi Bank kommersiya banklarının əhaliyə istehlak kreditləri verilməsini məhdudlaşdıran qərar verib.

Bu qərara görə, kommersiya bankları yalnız aylıq gəlirləri barədə arayış təqdim edən müştərilərə istehlak kreditləri, o cümlədən avtomobil kreditləri verə bilər. Eyni zamanda avtomobil kreditlərinin həcmi avtomobilin dəyərinin 20 faizindən çox ola bilməz.

Bu qaydanın tətbiqindən sonra ölkəyə avtomobillərin idxalı və satışı kəskin aşağı düşüb. Eyni zamanda avtomobil satışı salonları kəskin müştəri qıtlığı ilə üzləşib. Vəziyyətdən çıxmaq üçün avtomobil satışı dilerləri və salonları lizinqlə satışa keçmişdilər.

Ancaq indi lizinq də faktiki qadağan olunur. Lizinqə avtomobili ancaq o şəxslər ala bilər ki, leqal sahibkarlıq fəaliyyəti ilə məşğul olsun və gəlirləri barədə bəyannamə təqdim edə bilsin. Beləliklə, ölkədə avtomobil, xüsusən də yeni avtomobil almaq artıq hər kəsin işi deyil... /fins.az/

Tarix
2014.05.05 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla