Hər kəs tez, ya gec evdəki pəncərələri dəyişmək problemi
ilə qarşı-qarşıya qalır. Bazar ağzınacan doludur, reklam da ki hər
addımbaşı qarşına çıxır. Adətən istehlakçılar ucuz və güzəştli
mallara üstünlük verirlər. Ancaq belə seçim həmişə özünü
doğrultmur.
Axar.az məsləhət görür ki, seçiminizdə yanılmamaq üçün bəzi
nüanslara fikir verməlisiniz.
Hər bir plastik pəncərənin daxilində armaturla möhkəmləndirilmiş
elementlər olur. Onlar pəncərələrin müxtəlif şəraitlərdə normal
işləməsi üçündür. Bəzi istehsalçılar reallıqları nəzərə almadan
metal elementlərinə qənaət edirlər. Ancaq əslində polad haşiyənin
qalınlığı ən azı 1,5 mm. olmalıdır.
Tutqun səth
çox vaxt keyfiyyətin aşağı olmasından xəbər verir. Belə səthləri
hətta xüsusi təmizləyici vasitələrlə də təmizləmək çox çətin olur.
Parlaq səth isə, əksinə, çox gec çirklənir və daha cəlbedici
görünür.
Bir və ya iki kameralı şüşə paketləri sifariş vermək seçimi
qarşısında qalarkən, məsləhət bilirik ki, qənaət etməyin və iki
kameralı şüşə paketini seçin. Belə pəncərə bir qədər bahalı olsa
da, küçənin səsi evə daha az daxil olacaq, istilik itkisi də
minimuma enəcək.
Çox vaxt iki kameralı deyəndə, iki qat şüşə nəzərdə tutulur.
Ancaq iki kameralı paketdə üç şüşə olur, təbii ki, onların da
arasında iki hava kamerası yerləşir. İki şüşəli paketdə isə iki
şüşə arasında yalnız bir hava kamerası olur və bir kameralı
adlanır.
Bazarlarda yüksək dərəcədə şəffaf şüşələrlə yanaşı enerji
qoruyucu – istini yayda evə, qışda isə bayıra buraxmayan şüşələr də
var.
Havanın
normal dəyişilməsi də vacib məsələlərdən biridir. Bununçün
pəncərələrə aralıq laylar yerləşdirilir.
Furnitura (yardımçı materiallar) seçimi də düşgün olmalıdır.
Şüşə layları bir-birindən müəyyən məsafədə quraşdırılmalıdır. Çox
vaxt ucuz furnitura ağır haşiyələrə dözmür, pəncərənin kipliyinə
xələl gətirir.
Bundan başqa mığmığa torlarına da fikir vermək lazımdır. Belə
xırdalıqları nəzərdən qaçırmaq olmaz.