Yuxarı

Maşın zavodu tikintisinin ilk mərhələsi nə vaxt bitir?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın zavodu tikintisinin ilk mərhələsi nə vaxt bitir?

“Azermash Holding” ilə Rusiyanın “Gorkovsky Avtomobil Zavodu” müəssisəsinin müştərək layihəsi çərçivəsində Hacıqabul sənaye məhəlləsində tikilən avtomobil zavodunun inşasının birinci mərhələsinin oktyabr ayında başa çatdırılması gözlənilir.

Bu barədə Report-a Rusiya İxracat Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev məlumat verib.

O, hazırda tikinti işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb: “Oktyabr ayında QAZ avtomobil istehsalı şirkətinin işgüzar missiyası nəzərdə tutulub. Müəssinin tikintisinin birinci mərhələsinin tamamlanmasına həsr olunan təntənəli mərasim, həmçinin avtomobillərin sərgisi keçiriləcək”.

Xatırladaq ki, cari ilin 9 fevral tarixində Hacıqabul sənaye məhəlləsində təməli qoyulan avtomobil zavodunda 2020-ci ilin ikinci yarısından GAZ qrupuna aid yüngül yük maşınlarının 12 növü istehsal olunacaq. Tərəflər arasında imzalanmış memoranduma əsasən, 14 milyon manat məbləğində sərmayə yatırılan müəssisədə Rusiyadan gətirilən parçalardan “QAZel Next”, “QAZel Business” ticari avtomobilləri, habelə “QAZon Next” orta həcmli yük maşını yığılacaq. Həmçinin təcili yardım və məktəb avtonəqliyyat vasitələri üçün də avadanlığın istehsalı nəzərdə tutulur. Müəssisədə yerli istehsalat olan ayrı-ayrı parçalardan da istifadə olunacaq.

Tarix
2019.09.05 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla