Yuxarı

Koronavirusun maşın bazarına təsiri... - Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusun maşın bazarına təsiri... - Açıqlama

Koronavirus pandemiyası Azərbaycanda həm ənənəvi avtomobil bazarında, həm də onlayn avtomobil satışlarında aktivliyi demək olar ki, sıfıra salıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərib:

“İqtisadiyyatın elə sektorları var ki, onlayn satış vasitəsilə ayaqda qalmaq imkanı var. Məsələn, kafe, restoran şəbəkələri, geyim və digər əşyaların satışı onlayn şəkildə satışlarını həyata keçirə bilərlər".

Ekspert vurğulayıb ki, ancaq onlayn avtomobil alış-satışında bu, mümkün deyil:

"Avtomobil hər hansı bir kiçik əşya deyil ki, rahat şəkildə aparıb çatdırsınlar. Azərbaycanda insanlar avtomobil almaq üçün birinci ona baxış keçirir, sonra aparıb avtomobil servislərində yoxlatdırır və sonra alır. Ancaq avtoservislər işləmədiyinə görə, bunları da etmək mümkün deyil. Digər tərəfdən isə rayonlardan çoxlu sayda insanlar gəlib Bakıdan avtomobil alırdılar. Ancaq rayonlararası və paytaxta giriş-çıxış məhdudlaşdırıldığı üçün insanlar gəlib avtomobil ala bilmirlər. Digər tərəfdən isə məlumdur ki, karantin rejimi səbəbindən insanlar mövcud avtomobillərindən belə istifadə edə bilmirlər. Belə olan tədqirdə, onların maşına maraqları yoxdur”.

Ekspert hesab edir ki, yaxın bir neçə ay ərzində avtomobil bazarında vəziyyətin düzələcəyini düşünmək olmaz:

“Bu gündən etibarən Azərbaycanda iqtisadi fəaliyyətin qismən bərpa edilməsinə başlanılır. Əgər may ayının ortalarına qədər vəziyyət tam olaraq bərpa olunsa belə, yaxın bir-iki ay ərzində maşın bazarında canlanma olmayacaq. Çünki insanlar əllərindəki vəsaiti xərcləməyəcəklər. Kimlərsə virusun ikinci dalğasından ehtiyat edəcək, kimlərsə bizneslərinin bərpası ilə məşğul olacaq. Ona görə də sentyabr ayına qədər fəaliyyət aşağı olacaq. Qiymətlərə gəlincə isə, bununla bağlı hazırda alış-satış olmadığına görə bir söz demək çətindir”.

Tarix
2020.04.28 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla