Yuxarı

Yeni taksi sistemi niyə narazılıq yaradır? - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni taksi sistemi niyə narazılıq yaradır? - Ekspert

Son günlər Bakı Nəqliyyat Agentliyinin taksilərin fəaliyyəti ilə bağlı hazırladığı konsepsiya ictimaiyyətdə geniş müzakirə olunur. Agentliyin taksi xidmətində vahid qiymət tətbiq etmək istəməsinin rəqabət mühitinin aradan qalxacağına səbəb olacağı bildirilir. Bununla yanaşı, taksi qiymətində artımın pandemiya dövründə insanlar üçün çətinlik yaradacağı da qeyd edilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nəqliyyat eksperti Hüseyn Abdullayev bildirib ki, əvvəlcədən sifariş edilən və fərdi avtomobillə sərnişindaşıma ilə məşğul olan taksilərə vahid qiymətin qoyulması düzgün deyil:

“Dünya praktikasında taksi küçədə rahat tapa biləcəyin və sayğacla təşkil edilmiş avtomobillərdir. Yəni onu rahatlıqla, istədiyin vaxt küçədə saxlaya bilirsən və qiymət, tariflər obyektiv formada ölçülür. Bizdə bu meyarlara, yəni klassik taksilərə uyğun gələn taksilər yalnız London taksilərdir ki, onlar da DANX-a aiddir. İkinci isə əvvəlcədən sifarişlə olan fərdi avtomobillə sərnişindaşıma xidmətidir. Buraya telefon zəngi ilə və ya əplikeyşnlər vasitəsi ilə sifariş edilən taksi şirkətləri daxildir. İnkişaf etmiş ölkələrdə bu taksilər hər nə qədər klassik taksilərə rəqib olsa da, onları bərabərləşdirmirlər. Bu cür xidmət göstərən taksilər üçün ayrıca tənzimləmələr var, o da nisbətən yumşaq olur. Hesab edirəm ki, klassik taksi ilə bu cür sərnişindaşıma xidmətlərini eyniləşdirmək və eyni tələbi qoymaq lazım deyil. Düzdür, bu sahədə tənzimləməyə ehtiyac var. Bəzi problemlər isə ictimai nəqliyyatdan qaynaqlanan problemlərdir. İndiki vəziyyəti nəzərə alaraq islahatların mərhələ-mərhələ həyata keçirilməsinə ehtiyac var. Bu islahatlar cəmiyyət tərəfindən mənfi qəbul olunur. Bu səbəbdən islahatlar ictimaiyyətlə müzakirə edilməlidir. Sözügedən konsepsiya yeni deyil, hətta 2017-ci ildə də bu təkliflər səsləndirilmişdi. İndiki durum və sosial iqtisadi vəziyyət nəzərə alınaraq, islahatlar planı olmalıdır. Fərdi avtomobillə sərnişindaşıma ilə klassik taksilərə eyni yanaşmaq doğru deyil. Klassik taksilərdə vahid qiymət tətbiq etmək doğrudur. Əvvəlcədən sifariş edilən taksilərdə isə vahid qiymət tətbiq etmək olmaz. Bu şirkətlər sərnişinlərə əvvəlcədən qiymətləri deyir və sərnişinlərin seçim etmək şansı olur. Belə olan halda şirkətlər arasında rəqabət yaranır. Klassik taksidə isə sərnişinlərin heç bir seçimi olmur. Bu cür şirkətlər lisenziyalaşdırılmalı və maşınlarına görə məsuliyyət daşımalıdırlar. Fərdi qayda öz şəxsi avtomobili ilə sərnişin daşıyan şəxslərin də fəaliyyəti tənzimləməli və fərqlənmə nişanı almaq üçün hansısa bir servisə qoşulmalıdır”.

Tarix
2020.09.02 / 15:44
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Efiopiya baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla