Tovuzda yaşayış evi yandı: xəsarət alan var
17:45
| Ana səhifə Avto |
|
Azərbaycanda yol qəzaları zamanı yol təsərrüfatına dəyən ziyanı kimlərin ödəyəcəyi məlum olub.
Axar.az xəbər verir ki, qəza zamanı tirlərə, işıq dirəklərinə və keçidlərə ziyan dəyir. Bunun kompensasiyasını sığorta şirkəti və ya avtomobil sahibi ödəməlidir. Əgər sürücü hansısa bir şirkətin avtomobilini etibarnamə əsasında idarə edirsə, ödəniş həmin şirkət tərəfindən həyata keçirilməlidir.
Əgər qəza zamanı yol təsərrüfatına ziyan dəyibsə, Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin iştirakı ilə akt tərtib olunmalıdır.
Təkcə ötən il yol təsərrüfatına 2,5 milyon manat ziyan dəyib. Bunun qarşılığında sürücülər tərəfindən 190 min manat ödənilib. Bu da təxminən 7-8 faiz deməkdir.
|
Tarix
2015.08.11 / 08:30
|
Müəllif
Emil Salamoğlu
|