Yuxarı

“Bayer”in 8 oyunluq qələbə seriyasına son qoyuldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bayer”in 8 oyunluq qələbə seriyasına son qoyuldu

“Bayer Leverkuzen”in Almaniya çempionatında səkkiz oyunluq məğlubiyyətsizlik seriyasına 19-cu turda son qoyulub.

Axar.az xəbər verir ki, komanda bu turda səfərdə “Leyptsiq” ilə görüşdə xal itirib - 2:2. Çempionatın lideri “Bavariya” bu turda “Frayburq”un qonağı olub. Görüşdə 2:1 hesabı ilə qalib gələn Münxen təmsilçisi liderliyini daha da möhkəmləndirib.

Bu mövsüm uğursuz çıxışa görə baş məşqçi Nuri Şahinlə yolları ayıran “Borussiya Dortmund” doğma meydanda “Verder Bremen” ilə heç-heçə edib - 2:2. “Auqsburq” öz meydanında “Heidenhaym”ı (2:0), “Maynts 05” isə “Ştutqart”ı (2:0) məğlub edib.

Günə “Borussiya Münxenqladbax” - “Boxum 1848” oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, Bundesliqanın 19-cu turunun açılış matçında “Volfsburq” doğma divarlar arasında “Holştayn Kiel”in müqavimətini qıra bilməyib - 2:2.

Tura bazar günü keçiriləcək iki görüşlə yekun vurulacaq. “Hoffenheim” öz meydanında “Ayntraxt Frankfurt”u, “St Pauli” isə “Union Berlin”i qəbul edəcək.

Bundesliqaya 19 turdan sonra 48 xalla “Bavariya” liderlik edir. “Bayer Leverkuzen”in liderlə xal fərqi bu turda heç-heç nəticəsində 6-ya çatıb.

Tarix
2025.01.25 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla