Yuxarı

Bakı 2015: İçərişəhər estafeti başa çatdı - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı 2015: İçərişəhər estafeti başa çatdı - Foto

Bakı-2015 birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da "Alov qüllələri" kompleksindən start verilib.

APA-nın xəbərinə görə, məşəl alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan "Alov qüllələri"nin ən hündür nöqtəsindən aşağı endirilib.

Sonra məşəl UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, oradan isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirilib. Asəf Zeynallı küçəsi ilə hərəkətə davam edən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidindən, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlərə aid Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.

Məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və "Bakı 2015"in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyıb.

Tarix
2015.06.10 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla