Yuxarı

Millət vəkili: “Düşmənə göz dağı verdik…”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Düşmənə göz dağı verdik…”

"Oyunlar ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsidir".

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşərkən yazıb:

"Avropa Oyunlarını stadiondan canlı izləmənin həzzini yaşadım. Möhtəşəm bir tədbir, möhtəşəm bir tərtibat var idi. Kompozisiya barədə bəlkə də daha yaxşısını düşünmək olardı. Ancaq kifayət qədər rəngarənglik vardı və xüsusilə də Qobustan qayaları kompozisiyası mükəmməl idi. Alim Qasımov, "Sarı gəlin", "Qarabağ şikəstəsi", hətta Ledi Qaqa belə tərtibatın içində tam uyğun görünürdü. Nizami əsərlərinin kompozisiyası əcnəbilər üçün bir qədər anlaşılmazdı, elə bizim üçün də müəyyən epizodlarda sual işarəsi yarandı. Kompozisiyada Şərqdə ilk cümhuriyyət yaradıldığını xatırlatmaq mədəni simamızın tanıtımı baxımından daha faydalı olardı. Nar simvolikası da uğurlu seçilmişdi və parçalanmış nardan nar dənəsini xatırladan şarların dağılımı gözəl düşünülmüşdü. Alov kompozisiyası da sonluq üçün çox uğurlu seçim idi".

O, Türkiyə və Azərbaycan heyətlərinin hardasa eyni coşqu ilə qarşılanmasından daha çox zövq aldığını bildirib:

"Düşmənə göz dağı vermək baxımından seyr etməyə dəyən tədbir hər şeydən əvvəl millətin səfərbər olma potensialını göstərdi. Təşkilatçılıqda, icrada zəhməti olan hər kəsə vətəndaş olaraq təşəkkür etməyi borc bilirəm. Ölkəmiz adına son illərin bəlkə də ən müsbət hadisəsi dəyə bilərəm. İnşallah, idmançılarımız da uğurlu çıxışlarla əhvalımızı daha da yüksəldərlər".

Tarix
2015.06.13 / 11:12
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla