Yuxarı

Taekvondoçumuz göz yaşlarını saxlaya bilmədi - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taekvondoçumuz göz yaşlarını saxlaya bilmədi - Foto

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

ANS xəbər verir ki, 58 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Məhəmməd Məmmədov bürünc medal uğrunda mübarizə aparıb.

Belçika idmançısı Si Ketbi ilə baş tutan döyüş çox gərgin keçib. Üç raund başa çatsa da hesab 4:4 olub. Əlavə raund elan edilib. M.Məmmədov bu raundda 1:0 hesabı ilə məğlub olub. İdmançımız meydanda gözyaşını saxlaya bilməyib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionu M.Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.

Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Tarix
2015.06.16 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla