Ana səhifə Bakı 2015 |
Bakı-2015 I Avropa Oyunlarının VII günündə idmanın 12 növü üzrə yarışlar keçirilib. Yarış iştirakçıları 7 növdə 16 dəst medalın sahibini müəyyənləşdirib.
Axar.az xəbər verir ki, medal siyahısında Rusiya millisi rəqiblərindən böyük ölçüdə uzaqlaşıb. Rusiyadan sonra siyahıda 2-ci olan Azərbaycan da digər ölkələrdən xeyli aralanıb. Belə ki, millimiz 3-cü yerin sahibi Macarıstandan 5 qızıl medal artıq qazanıb. Millimizin aktivində 12 qızıl, 5 gümüş, 12 bürünc medal var. İlk üçlükdə olan Macarıstan 7 qızıl, 1 gümüş, 5 bürünc medala sahibdir.
18 iyun
Gimnastika:
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarının gümüş mükafatına layiq görülüb.
Güləş:
Güləş yarışlarının son günündə Camaləddin Maqomedov, Ruslan Dibirhacıyev və Hacı Əliyev öz çəki dərəcələrində bürünc medal əldə ediblər.
Taekvando:
Kişilər arasında 80 kq çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani qızıl, qadınlar arasında 67 kq çəki dərəcəsində Fəridə Əzizova gümüş medal qazandı.
17 iyun
Güləş:
65 kq çəki dərəcəsində Toğrul Əsgərov, 97 kq çəki dərəcəsində
təmsilçimiz Xetaq Qazyumov qızıl medal qazanıb. Digər güləşçimiz 74
kq çəki dərəcəsində Cəbrayıl Həsənov isə bürünc medala
yiyələnib.
Taekvando:
68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə
taekvandoçularımızın 1-ci qızıl medalına sahib çıxıb.
16 iyun
Güləş:
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela
Doroqan qızıl medal qazanıb.
Avarçəkmə:
Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını
qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə
nəticə ilə 2-ci olub.
Taekvando:
Millimizin üzvü 49 kq dərəcəsində Abakarova Patimat bürünc medal
qazanıb.
15 iyun
Güləş:
Qadın güləşçilərdən ibarət millimizin üzvü 48 kq çəki dərəcəsində
çıxış edən Mariya Stadnik qızıl medal qazanıb. Onun komanda yoldaşı
55 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin isə bürünc medal
əldə edə bilib.
Gimnastika:
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc
medalı qazanıb. Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan
ibarət Azərbaycan komandası 174.195 xalla üçüncü yeri
tutub.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti
ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska
qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını
artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini
4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə
Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub
edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün almaniyalı rəqibini 3:1
hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc
medal əldə edib.
Tarix
2015.06.18 / 23:30
|
Müəllif
Pərviz Həsənov
|