Yuxarı

Boksçumuz finalda - Yeniləndi

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boksçumuz finalda - Yeniləndi

Bu gün Bakı-2015-də boks yarışları 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə davam edəcək.

Axar.az xəbər verir ki, millimiz 4 çəkidə mübarizə aparacaq.

Kişilər

56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinalda rus boksçu Bəxtovar Nazirovla qarşılaşacaq. Görüş saat 19:30-da başlayacaq.

75 kq çəki dərəcəsində Xaybuya Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə gücünü sınayacaq. Boksçular rinqə saat 13:30-da çıxacaq.

81 kq çəki dərəcəsində Teymur Məmmədov yarımfinalda rus Pavel Silyaginlə görüşəcək. Qarşılaşma saat 20:15-də start götürəcək.

Qadınlar

60 kq çəki dərəcəsində təmsilçimiz Yana Alekseyevna 1/4 finalda rus Zinayda Dobrinina ilə döyüşəcək. Görüş saat 12:30-da başlayacaq.

Qeyd edək ki, hazırda millimizin 9 boksçusu yarımfinaldadır.

12:43

Təmsilçimiz Yana Alekseyevna 1/4 finalda rus Zinayda Dobrinina ilə görüşüb. O, rəqibinə 3-0 qalib gəlib və 10-cu bokçsumuz kimi adını yarımfinala yazdırıb.

13:47

Xaybuya Musalov 1/4 finalda belaruslu Vitali Bandarenka ilə gücünü sınayıb. O, rəqibinə 3-0 qalib gəlib və 11-ci bokçsumuz olaraq adını yarımfinala yazdırıb.

***

Yana Alekseyevna yarımfinalda irlandiyalı Katir Teylorla döyüşəcək. Görüş iyunun 26-da saat 12:45-də başlayacaq.

***

Xaybuya Musalov yarımfinalda macar Zoltan Harcsa ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 14:15-də start götürəcək.

19:47

56 kq çəki dərəcəsində Tayfur Əliyev yarımfinalda rus boksçu Bəxtovar Nazirova 2-1 məğlub oldu.

20:35

81 kq çəki dərəcəsində Teymur Məmmədov yarımfinalda rus Pavel Silyaginə qalib gəldi 3-0. Bununla boksçumuz finala yüksəldi.

Tarix
2015.06.24 / 20:35
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla