Yuxarı

Joze Manuel: “Biz ilk dəfə Bakıda güclü göründük”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Joze Manuel: “Biz ilk dəfə Bakıda güclü göründük”

Portuqaliya Olimpiya Komitəsinin prezidenti Joze Manuel Konstantinyo birinci Avropa Oyunlarının başa çatması ilə əlaqədar xüsusi müraciət yayıb.

Azərtac-ın məlumatına görə, müraciətdə deyilir ki, Portuqaliya çoxprofilli idman yarışlarında uğurları nadir hallarda qeyd olunan ölkələrdəndir. Lakin birinci Avropa Oyunlarında iştirakı bunun əksini göstərdi.

"Biz Bakıda əsl komanda olmağı bacardıq və bu, bizim əsas uğurumuzdur", - Portuqaliya Olimpiya Komitəsinin prezidenti bildirib.

Avropa Oyunlarını izləmək üçün Bakıya gedən J.M.Konstantinyo yarışlar başa çatmamış səhhətində yaranan narahatlığa görə ölkəsinə qayıtmışdı. O, müraciətində bu məsələyə toxunaraq deyib ki, Portuqaliyaya qayıtsa da yarışları diqqətlə izləməkdə davam edib. O, ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından və ölkəsinin idmançılarının çıxışından aldığı təəssüratı xəstəliyinə ən yaxşı dərman adlandırıb.

Portuqaliya Olimpiya Komitəsinin prezidenti qeyd edir ki, I Avropa Oyunları idman tarixinin yeni və şərəfli səhifəsidir.

Tarix
2015.07.06 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla