Yuxarı

Kolin Gibsondan Azərbaycan nazirliyinə təşəkkür

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolin Gibsondan Azərbaycan nazirliyinə təşəkkür

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya üzrə direktoru Kolin Gibson "Bakı-2015 Avropa Oyunları"ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi dəstəyə və köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu göndərib.

Axar.az Mədəniyyət və Turizm Nazirliyinə göndərilən təşəkkür məktubunu olduğu kimi təqdim edir:

"İlk öncə Birinci Avropa Oyunlarının böyük müvəfəqiyyətlə təşkil olunması və başa çatdırılması münasibətilə Sizi təbrik edirəm. Azərbaycan beynəlxalq idman təqvimində bir ilkə imza atdı.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların hərtərəfli uğurla həyata keçirilməsi məqsədilə mətbuat və ictimaiyyətlə əlaqələr sahəsinə də xüsusi diqqət göstərib. Bu istiqamətdə Azərbaycan Respublikasının dövlət qurumları ilə vahid komanda şəklində fəaliyyət göstərmə və qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün Bakı-2015-in Kommunikasiya üzrə İnteqrasiya İşçi Qrupu yaradıldı. Həmin qrupun fəaliyyətinə verdiyiniz töhfələr və işimizin təşkili üçün dəyərli vaxtınızı ayırdığınız üçün Sizə öz minnətdarlığımı bildirirəm.

Sizinlə əməkdaşlıq etdiyimiz üçün böyük məmnunluq hissi duyuram.

Bir daha Bakı-2015 Avropa Oyunlarına göstərdiyiniz dəstəyə və köməyə görə Sizə təşəkkür edir və gələcək işlərinizdə uğurlar arzulayıram".

Tarix
2015.07.09 / 11:41
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə...

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla