Yuxarı

FİFA-dan fırıldaq: hollandlardan şok ittiham

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA-dan fırıldaq: hollandlardan şok ittiham

Niderland yığmasının baş məşqçisi Lui Van Qal Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA-nı) ittiham edib.

Lui Van Qalın fikrincə, FİFA Dünya Çempionatı oyunlarının cədvəlini yarışların ev sahibi olan Braziliya komandasının xeyrinə manipulyasiya edir. Onun komandasının Çili komandası ilə oyunu braziliyalıların oyunundan əvvəl keçiriləcək və onlar B qrupunda yerlərin necə bölüşdürüləcəyini biləcəklər.

Mütəxəssisin sözlərinə görə, Dünya birinciliyi təşkilatçılarının məqsədi 1/8 final mərhələsində Hollandiya komandası ilə Braziliya yığması arasında görüş keçirilməsinə yol verməməkdir.

Van Qal belə bir məsələyə diqqəti cəlb edib ki, ilk iki oyunu Braziliya komandası Niderland yığmasının görüşləri başlananadək keçirib (Braziliya A qrupunda, hollandlar isə – B qrupunda çıxış edirlər). Braziliyalıların Kamerun ilə keçiriləcək üçüncü oyunu çempionatın təqvimində Niderland – Çili görüşündən sonraya planlaşdırılıb.

Beləliklə, holland mütəxəssisin fikrincə, Braziliya yığması bu görüşün nəticəsinə yönlənmək (Niderland yığması isə bu imkandan məhrum olur – NEWSru.com-un qeydi) və 1/8 finalda özünə rəqib seçmək imkanı əldə edir. Bu, hollandlar və ya çilililər ola bilər.

İTAR-TASS van Qaldan belə bir sitat gətirir: "FİFA hər bir oyunda düzgün oyun prinsiplərini reklam edir və eyni zamanda belə fırıldaqlarla məşğul olur. Biz bütün diqqəti çilililərlə görüşə yönəltməyi nəzərdə tutmuşuq. Braziliya yığmasının bizdən sonra oynaması komandamıza qətiyyən təsir göstərməyəcəkdir. Mən sadəcə ümid edirəm ki, braziliyalılar öz idman borcunu layiqincə yerinə yetirir. Lakin FİFA nə üçün belə edir? Bax, məsələ budur".

Bununla belə Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari əmin edib ki, Kamerun yığması ilə oyunda onun komandası pley-offda özünə daha əlverişli rəqib əldə etmək üçün deyil, sırf qələbə qazanmaq üçün oynayacaq.

Skolari deyib: "Mən rəqib seçməyə çalışmıram. Komandanın qarşısında Kameruna qalib gəlmək vəzifəsi duracaqdır. Braziliyanın daha yaxşı rəqib seçəcəyini deyənlər ağılsızdırlar. Bu, nəinki komandamıza, həmçinin rəqibə hörmətsizlik əlamətidir".

AzərTac

Tarix
2014.06.23 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla