Yuxarı

DÇ 2014: Ölüm-dirim mübarizəsi davam edir - Foto proqnoz

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ 2014: Ölüm-dirim mübarizəsi davam edir - Foto proqnoz

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının qrup mərhələsinin son qarşılaşmaları keçirilir.

Axar.az xəbər verir ki, 1/8 finala vəsiqə qazanmaq üçün D qrupunun həlledici görüşündə Uruqvay və İtaliya millisi üz-üzə gələcək. Növbəti mərhələyə çıxmaq üçün italiyanlara heç-heçə kifayət etsə də, Uruqvay mütləq qələbə qazanmalıdır. Komandalar tarixləri ərzində 9 dəfə görüşüb. Bunların 3-də Uruqvay, 2-də İtaliya üstün olub. 4 görüş isə bərabərliklə nəticələnib.

Kosta-Rika İngiltərə matçı ingilislər üçün formal xarakter daşısa da, Mərkəzi Amerika təmsilçisinə qrup liderliyini təmin etmək üçün bərabərlik də yetəcək.

Bu gecə C qrupunda da qrup mərhələsinin III turunun matçları keçirilir. Bu qrupda Yaponiya - Kolumbiya və Yunanıstan - Kot-d’İvuar görüşləri keçiriləcək. Kolumbiyaya yaponlarla görüşdə 1 xal kifayət etsə də, Asiya təmsilçisinə mütləq qələbə lazımdır. Komandalar tarixləri ərzində 2 dəfə qarşılaşıb. Bu görüşlərdən biri bərabərliklə, digəri isə Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər matçı isə Yunanıstan - Kot-d’İvuar arasında keçiriləcək. Hər iki komandanın növbəti mərhələyə yüksəlmək üçün şansları var. Bu millilər 1/8 finala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdırlar.

Qeyd edək ki, bu gün və gecə yarısı keçiriləcək qarşılaşmalar Axar.az-da canlı olaraq yayımlanacaq.

"Topaz" proqramının aşağıda qeyd edilən oyunlara verdiyi əmsalları fotolarla təqdim edirik:

24 iyun

D qrupu

21:00 İtaliya - Uruqvay
Hakim: Marko Rodriges (Meksika)
Natal. "Dunas" stadionu

21:00 Kosta-Rika - İngiltərə
Hakim: Camel Haymudi (Əlcəzair)
Belo Horizonte. "Mineyran" stadionu

25 iyun

C qrupu

01:00 Yaponiya - Kolumbiya
Hakim: Pedru Proensa (Portuqaliya)
Kuyaba. "Arena Pantanal"

01:00 Yunanıstan – Kot-d’İvuar
Hakim: Karlos Vera (Ekvador)
Fortaleza. "Kastelan" stadionu

Tarix
2014.06.24 / 20:36
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla