Yuxarı

20 Yanvar gecəsi "Azadlıq" bu səsi yaymışdı - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar gecəsi "Azadlıq" bu səsi yaymışdı - Video

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qırğının dəhşətini həmin gecə xalq yazıçısı Yusif Səmədoğlunun tanınmış jurnalist Mirzə Xəzərə verdiyi müsahibəni dinləyərkən aydın təsəvvür etmək olur.

Kult.az xəbər verir ki, informasiya blokadasına alınan və beynəlxalq mediaya çıxmaq imkanlarından məhrum edilən Azərbaycan ziyalıları həmin gecə bu təcavüz aktı, sovet ordunun “sovet xalqına” divan tutmasını və qətliamlarını dünyaya yaymağa çalışırdılar. Ancaq telefonlar belə işləmirdi.

Həmin gecə - qətliam başlayandan az sonra Mirzə Xəzərə zəng etməyə fürsət tapan Yusif Səmədoğlu bunları deyə bilir və bu sözlər "Azadlıq" radiosunun canlı efirində yayılır:

- Mirzə, düz saat 12-də (gecə yanvarın 19-dan 20-nə gecə gecə, 00:00 nəzərdə tutulur) ordu başladı bilavasitə əmri yerinə yetirməyə. Saat yarımdı ki, şəhərdə atəş gedir, ordu bütün o küçəyə toplaşmış uşağa, böyüyə, qadına məhəl qoymadan qırır hamını...

- Danış Yusif, eşidirəm səni...

- Bu imperiya heç bir xalqa tam azadlıq vermək istəmir.

Mən xahiş edirəm, bu dediklərimi imkan daxilində nə qədər informasiya vasitəsi, radiostansiya varsa, ora ver!..

Sabah mən partbiletimi təhvil verirəm və mənim Kommunist Partiyası ilə artıq heç bir əlaqəm yoxdur. Mənə hər şey aydın oldu”.

Daha ətraflı audioda...

Tarix
2021.01.20 / 00:15
Müəllif
Aqşin
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla