Yuxarı

“Gerb” səhvdir, himnimizin isə sözü dəyişdirilib - MM

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gerb” səhvdir, himnimizin isə sözü dəyişdirilib - MM

Bütün qanunlarda, hətta orfoqrafiya lüğətində də gerb sözü səhv yazılır.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Rəfael Hüseynov Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, söz əslində gerb yox, herb olmalıdır:

“Hər dəfə bu məsələni gündəmə gətirirəm. Herb polyak sözüdür, dilimizə rus dilindən keçib. Biz əcnəbi sözləri dilimizə qəbul edəndə orijinalda olduğu kimi veririk. Lakin yeganə sözdür ki, bu sözü olduğu kimi qəbul etməmişik. Başqa dilin orfoepiya normasını orfoqrafiya norması kimi qəbul etməməliyik”.

Millət vəkili himnin sözlərinin də dəyişdirildiyini deyib.

“Himndə “hüququnu dərk edən əsgər, hərə bir qəhrəman oldu” ifadəsi dəyişdirilib, “hüququndan keçən əsgər” kimi verilib. Bu, məntiqsizlikdir və biz bu gün oxuyuruq. Hesab edirəm ki, herb və himnimizə yenidən baxmalıyıq”.

Tarix
2018.05.01 / 12:43
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla