Yuxarı

Türk dünyasının şairləri Tokatda görüşdü - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dünyasının şairləri Tokatda görüşdü - Foto

Türkiyənin Tokat şəhərindəki Atatürk Mədəniyyət Sarayında TİKA-nın (Türk İşbirliyi və Koordinasya Agentliyi) dəstəyi, Tokat Valiliyi, Tokat Bələdiyyəsi, TÜRKSOY, DünyaDER-in (Dünya Yazarlar və Aydınlar Dərnəyi) təşkilatçılığı ilə “I Türk Dünyası Şairlər Buluşması” gerçəkləşib.

Kult.az xəbər verir ki, türk dünyası ədəbiyyatına, sənətinə, mədəniyyətinə, türk birliyi və bərabərliyinə xidmət edən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İraq, Makedoniya, Suriya və Türkiyəni təmsil edən şairlər, ədəbiyyatşünaslar, sənət adamları iştirak ediblər.

“Biz dünya coğrafiyasını ədəbi əsərlərlə süsləyən gözəl türkcəmizin çağdaş zənginliklərini də Anadolunun alimlər, şairlər və mütəfəkkirlər şəhəri olan Tokatımızda buluşturmanın xoşbəxtliyini yaşaıyrıq. Gün, “Dildə, fikirdə, işdə birlik” günüdür. Birliyimiz, hüzurumuz, xoşbəxtliyimiz daimi olsun; gələcəyimiz güclü bir türk birliyinə qovuşsun!

Türk Dünyası Şairlər Buluşmasının xeyirlərə, uğurlara vəsilə olmasını diləyirik!” – təşkilatçıların ortaq istəyi bu cümlələrlə ifadə olunub.

Tədbirdə ölkəmizi Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edib.

Şairlərin şeir oxuduğu, sənətçilərin türk dünyasına ünvanlanmış mahnılar ifa etdiyi tədbirdə çoxsaylı görüşlər keçirilib və iştirakçılar Tokatın görməli yerlərini gəzib, tarixi məkanlarını ziyarət ediblər.

Tarix
2019.10.27 / 20:22
Müəllif
Kult
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla